XalqXəbər.Az

Cəlilabaddakı aksiyayə görə icra başçısı PA-ya çağırıldı — Kartofun ixrac rüsumunun artırılması qərarı ləğv edildi

yüklənir...
Cəlilabaddakı aksiyayə görə icra başçısı PA-ya çağırıldı — Kartofun ixrac rüsumunun artırılması qərarı ləğv edildi
9-04-2019, 19:18
yüklənir...

Ötən gün Cəlilabad fermerlərin kartof rüsumuna görə etiraz etməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov axşam saatlarında təcili Prezident Administrasiyasına çağırılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən məsələ ilə əlaqədar Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdir Zeynal Nağdəliyev tərəfindən Namiq Zeynalova müvafiq təlimatlar verilib.

Məsələni dəqiqləşdirmək üçün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovla əlaqə yaratmağa çalışsaq da, telefon zənglərimizə cavab verilməyib.

Məsələ ilə əlaqədar 68 saylı Cəlilabad kənd seçki dairəsindən Milli Məclisə seçilmiş deputat Mirkazım Kazımov isə faktı dolayısı ilə təsdiqləyib.

Deputat Demokrat.az-a açıqlamasında ötən gün fermerlerin aksiyası ilə əlaqədar icra başçısı ilə əlaqə saxladığını söyləyib:
"Mən hadisədən dərhal sonra başçı ilə telefon əlaqəsi saxladım. O mənə təcili rəhbərlik tərəfindən Bakıya çağırıldığını bildirdi. Eyni zamanda rayonda vəziyyətlə də maraqlandım. Artıq məsələ tam həllini tapıb. Bildiyimə görə, artıq kartofa qoyulan rüsumla bağlı qərar da ləğv olunub. Sakinlər də bu qərardan çox razı qalıblar. Sağ olsun cənab Prezidenti, tapşırıq verib, məsələ öz həllini tapıb".

Demokrat.az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.