SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİN PROREKTORU 9 İL HƏBSDƏ OLUB?-İDDİA

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİN PROREKTORU 9 İL HƏBSDƏ OLUB?-İDDİA

Tarix:

8-04-2019, 14:28

/ 3 835 dəfə oxundu.
LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİN PROREKTORU 9 İL HƏBSDƏ OLUB?-İDDİA

3 ildir rektor vəzifəsinə təsdiq edilməyən Natiq İbrahimovun bir əmri aləmi bir-birinə qatdı...
“Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 15 fevral 2017-ci il tarixli, 1/17 №-li əmrinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, mənimlə bağlanmış əmək müqaviləsinə xitam verməklə böyük qanunsuzluğa səbəb olmuşdur...”
Yenixeber.org: Bu sözlər adı çəkilən universitetin dosenti Cahangirova Tükəzban Vəli qızının redaksiyamıza gələrək təqdim etdiyi şikayət ərizəsindəndir... Biz şikayətçinin təqdim etdiyi sənədləri diqqətlə araşdırdıq, eləcə də rektor əvəzi Natiq İbrahimovun barəsində söylədiyi sərt ittihamları dinlədik. Məlum olurdu ki, Tükəzban Cahangirova heç bir əsas olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən çıxarılıb. Halbuki rektor ən son anda onu adi qaydada işdən çıxara bilərdi ki, 3 uşaq anası sahəsi üzrə gələcəkdə hardasa ixtisasına uyğun iş tapa bilsin. Lakin rektor əvəzi xanım müəllimin gələcək əmək və fəaliyyət yoluna “Çin səddi” çəkib və o, bu maddə ilə heç bir yerdə işə götürülə bilməz!
Niyə? Nə baş verir? Rektor əvəzi əmrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin başqa maddəsini tanımırdımı???
Məsələ məhkəmədə də araşdırılıb. Maraqlıdır ki, Tükəzban Cahangirova başqa çıxış yolu görmədiyindən Lənkəran rayon Məhkəməsinə işə bərpa iddiası ilə müraciət edib. Məhkəmə onun iddiasını təmin edib. Şirvan Apellyasiya Məhkəməsi də bu iddianı qüvvədə saxlayıb Lakin rektor bütün gücünü səfərbər edərək Ali Məhkəmədəki bir həmyerlisi olan hakimin köməyindən istifadə edərək əvvəlki iki qərarı heçə döndərib.
***
...Tükəzban Cahangirovanın redaksiyamızda dərdini göz yaşları ilə danışmasını gördükcə, ən azından bəzi məmur-rütbəli şəxslərdə insaf anlayışının təmənna və ya “dosta zəng” müstəvisində yoxa çıxdığını görməyə bilməzdik. Nə olub? Mübarizə aparmağa başqa ciddi, qüvvəli rəqib tapılmadımı? Biz deyə bilmərik ki, ortada daha hansı ciddi səbəblər olub ki, Tükəzban Cahangirovanı məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən çıxarıblar. Çünki qarşı tərəfin mövqeyini dinləməmişik. Əslində, buna ehtiyac da görmürük. Hə, qarşı tərəf, yəni barəsində şikayət edilən nə vaxt günahını boynuna alıb, yaxud ədalətli mövqe ortaya qoyub? Ədalətli olanlar elə addım atır ki, sıravi-asılı işçi məhkəmələrə üz tutmur... Məhkəmələrə üz tutanları isə hansı “cəza” gözləyir, bilirsiniz. Gərək Nəsimi kimi soyulmağa hazır olasan!
Bunu biz uydurmuruq, MHŞ-nin işdən çıxarılan, cəza verilən hakimlər barədə yaydığı rəylərə və məlumatlara diqqət yetirmək, nəhayət, Prezident İlham Əliyevin neçə gün əvvəl Azərbaycanın məhkəmə islahatları ilə bağlı imzaladığı Fərmanının hansı zərurətdən doğduğunu başa düşmək yetərlidir...
Qeyd edək ki, Tükəzban Cahangirova əvvəllər, 05 sentyabr 2003-cü il tarixdən 1/136 saylı ilkin əmrlə müxtəlif vaxtlarda qısa fasilələrlə eyni müəssisədə, yəni Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb. Sonuncu dəfə isə, 16 sentyabr 2008-ci il tarixdən 1/141 saylı əmrlə Lənkəran Dövlət Universitetinin «Pedaqogika və psixologiya» kafedrasında baş müəllim vəzifəsinə işə qəbul olunmuş və işdən azad edilənədək, yəni, 1/17 saylı qanunsuz əmrlə 15 fevral 2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilməklə tutduğu «Humanitar fənlər» kafedrasında dosent vəzifəsindən azad edilənədək universitetdə fasiləsiz olaraq uzun müddətə çalışmışdır...
-Bəs Rektor əvəzi Natiq İbrahimov bir müddət əvvəl İranda həbs edilmiş Xalidə Xalidi Tükəzban Cahangirovanın yerinə necə işə götürüb?
-ANS-in sabiq bölgə müxbiri Esmira Ağayeva universitetdə hansı təhsilinə görə müəllim kimi işə qəbul olunub?
-Prorektor Kamran Kazımov 9 il Pribaltikada (Moskvada bir qadını öldürdüyünə görə) həbsdə yatsa da, necə YAP-ın sədri olub?
Daha ətraflı yazı "Təzadlar"ın növbəti sayında dərc ediləcək...
(Davamı var)
AZAD

Tezadlar.az
LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİN PROREKTORU 9 İL HƏBSDƏ OLUB?-İDDİA
LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİN PROREKTORU 9 İL HƏBSDƏ OLUB?-İDDİA
LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİN PROREKTORU 9 İL HƏBSDƏ OLUB?-İDDİA

Şərhlər

XƏBƏR LENTİ