SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqan Maliyə İdarəsi müdirinə nazir müavini İlqar Fətizadə himayədarlıq edir?

Beyləqan Maliyə İdarəsi müdirinə nazir müavini İlqar Fətizadə himayədarlıq edir?

Tarix:

4-04-2019, 10:16

/ 3 227 dəfə oxundu.
Beyləqan Maliyə İdarəsi müdirinə nazir müavini İlqar Fətizadə himayədarlıq edir?

Medianın gündəmindən düşməyən və vəzifədə qalmaq üçün yaşını belə kiçildən Beyləqan maliyə idarəsi müdiri ilə bağlı AzToday.az-a ilginc məlumat daxil olub.

Saytımıza verilən məlumatda qeyd edilir ki, idarə müdiri İslam Allahverdiyevin himayəçisi Maliyyə nazirinin müavini İlqar Fətizadədir. Belə ki, Beyləqan Maliyə İdarəsinin müdiri hər yerdə onu nazir müavini İlqar Fətizadəyə tapşırdıqlarını deyir. Mənbəmiz İslam Allahverdiyevin məclislərdə tez-tez İlqar Fətizadənin sağlığına badələr qaldırdığı və nazir müavinin ona etdiyi himayədarlığı heç vaxt unutmayacağını dilə gətirir:

“İslam Alahverdiyev hər yerdə bildirir ki, onu İlqar Fətizadəyə hakimiyyətin yuxarı dairələri ilə yaxın qohumluğu olan nüfuzlu bir şəxs tapşırıb”. Həmin nüfuzlu şəxslə İslam Allahverdiyevin əvvəldən tanışlığı var. Məhz “bu tanışlığa görə maliyyə idarəsi müdirinin İlqar Fətizadəyə tapşırıldığını dilə gətirməsi düzdür” deyə məlumatlı mənbəmiz bildirir. Onu da qeyd edək ki, bir neçə il öncə İslam Allahverdiyev Beyləqan “KapitalBank”ın müdiri vəzifəsindən qovulanda dilindən düşməyən himayədarı olan nüfuzlu şəxs onu qorumadı. Həmin vaxt KapitalBankın Beyləqan filialında aparılan yoxlamalarda məlum olmuşdu ki, İslam Allahverdiyev vəzifəsindən sui-istifadə edərək xeyli sayda qanunsuzluqlar edib. Bildirək ki, İslam Allahverdiyev KapitalBank Beyləqan filialından qovulandan sonra Xocavənd Maliyyə idarəsinin müdiri təyin edilib. Xocavənd maliyyə idarəsi müdiri işlədiyi dövrdə isə öz otağında baş verən məşhur ÇƏLİK qalmaqalı ilə gündəmə gəlib. Bu barədə növbəti yazılarımızda.

İnformasiya mənbəmiz qeyd edir ki, İslam Allahverdiyev onun arxasında dayanan digər bir məmurun isə Sabirabad “KapitalBank”ın müdiri Sakit Zahidovunun olduğunu deyir. Beyləqan icra başçısı Asif Ağayevlə İslam Allahverdiyev arasındakı isti münasibətləri də quran, başçının həmyerlisi Sakit Zahidov olub.

AzToday.az

Şərhlər

XƏBƏR LENTİ