SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə »  Qaxın icra başçısı fermerlərə qarşı... - Müraciət

 Qaxın icra başçısı fermerlərə qarşı... - Müraciət

Tarix:

3-04-2019, 10:13

/ 835 dəfə oxundu.
 Qaxın icra başçısı fermerlərə qarşı... - Müraciət

Qax rayonunun İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev yerli heyvandarların hüquqlarını pozur, onların icarəyə götürdükləri və soyuq aylarda iri və kiçikbuynuzlu mal-qara otardıqları torpaqları əllərindən alır. Kəndlilərin şikayətlərinə baxmayaraq, M.Şəkiliyev onları yaşamaq üçün vəsaitdən məhrum edib, hüquq müdafiəçisi Aslan Vəliyev bildirib.

Qax rayonunda 40 fermer təsərrüfatı uzun illərdir ki, mal-qaranın otarılması üçün yerli İcra Hakimiyyətindən 65 min ha torpağı icarəyə alıb. Soyuq vaxtlarda bu ərazidə 150 min qoyun otarılıb, onlar ildə 150 min quzu balalayıb, həmin quzular bazara çıxarılıb. Həmin təsərrüfatlar iflasa uğrayıb, ya da heyvanları otarmaq imkanlarından məhrum olaraq güc-bəla ilə özlərini idarə edirlər. Qazancsız qalan fermerlərin böyük hissəsi milliyyətcə saxur olduqları üçün rayon icra hakimiyyətinin hərəkətlərində insanların milli əlamətinə görə təqib olunması ortaya çıxır", - gəncəli hüquqşünas, Azərbaycan Helsinki Vətəndaş Assambleyası Qərb bölməsinin Aslan Vəliyevin mətbuatda yaydığı bəyanatda deyilir.

Dia.Az

Şərhlər

XƏBƏR LENTİ