SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncənin icra başçısı ilə görüşmək problemə çevrilib - İDDİA

Gəncənin icra başçısı ilə görüşmək problemə çevrilib - İDDİA

Tarix:

3-04-2019, 09:56

/ 867 dəfə oxundu.
Gəncənin icra başçısı ilə görüşmək problemə çevrilib - İDDİA

"Gəncənin icra başçısı Niyazi Bayramov son aylar sakinlərin şikayətlərini fərdi və şəxsən dinləmək adətini, səlahiyyət və məcburiyyətini pozur. Ötən ilin yayında sui-qəsdə məruz qalmış sabiq icra başçısı Elmar Vəliyevdən sonra ali kürsüyə təyinat alan Niyazi Bayramov yeni gələndə islahatçı və ünsiyyətçil idisə, indi bəzi vətəndaşların gözündə daha çox öz ədabaz və sələfini təkrarlayan persona kimi görünür.

"Demokratik.Az"-a verilən məlumata görə, icra başçısı ilə görüşə cəhd edən bir sıra vətəndaşlar İHB binasında başçının komandası tərəfindən qeydiyyata alınmır, başçı ilə görüş imkanlarından məhrum edilir. Hər gün şəhər icra hakimiyyətinə əlində şikayət məktubu aparan bir çox insanlar bildirirlər ki, icra başçısı ilə görüşə cəhd etsələr də istəkləri rədd edilir. Həftənin demək olar ki, bütün iş günündə İHB-nin 1-ci mərtəbəsində koridor şikayətçilərlə dolu olur, əksər hallarda vətəndaşları icra başçısı yox, sıravi məmurlar qəbul edir. Görünür məhz bu tendensiya bəzi vətəndaşlarda etiraz doğurur.
Bəzi şikayətləri araşdırıb mövzunu daha geniş təqdim etməyə, İHB-nin mövqeyini öyrənməyə çalışacağıq...

Şərhlər

XƏBƏR LENTİ