SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO

Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO

Tarix:

30-03-2019, 10:20

/ 1 209 dəfə oxundu.
Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Bala Bəhmənli kəndində keçirilib.

Səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. Alı Alıyev deyib ki, Bala Bəhmənli kəndində 2570 nəfər yaşayır. Kənddə əhalinin işıq, su, qaz, yol və digər sosial problemləri tam həll olunub, kənd sakinlərinin hər birinə çörək pulu və kommunal xərclərə görə 60 manat olmaqla ayda 132600 manat vahid aylıq müavinət ödənilir. Məcburi köçkünlər üçün nəzərdə tutlan güzəşt və imtiyazlardan istifadə edirlər.

Bala Bəhmənli kəndində məktəb, poçt, uşaq bağçası, tibb məntəqəsi, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. Torpaq istifadəçilərinə dövlət tərəfindən 35337 manat subsidiya ödənilib.

Bildirilib ki, Bala Bəhmənli kəndindən 451 nəfər rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında işləyir, 382 nəfər isə pambıq, barama, müxtəlif istehsal sahələrində çalışmaqla məşğulluqlarını təmin edirlər.

Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib.

Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri əmək haqlarının, pensiya və təqaüdlərin, o cümlədən məcburi köçkünlərə verilən vahid aylıq müavinətin artırılmasına görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO
Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO
Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO
Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO

Şərhlər

XƏBƏR LENTİ