SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Goranboyda icra başçısına etiraz etdilər - Video

Goranboyda icra başçısına etiraz etdilər - Video

Tarix:

21-03-2019, 15:37

/ 855 dəfə oxundu.
Goranboyda icra başçısına etiraz etdilər - Video

Goranboy rayonunun köhnə bazarında işləyən satıcılar rayonun İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevə qarşı aksiya keçiriblər.

Satıcılar bildiriblər ki, icra başçısının tapşırığı ilə polis əməkdaşları onların bazarda məhsul satmasına imkan vermir. Onlar icra başçısının Heydər Əliyev prospektində yerləşən həmin bazarı bağlatdırmaq istədiyini bildiriblər. Buna səbəb isə başçının yeni avtovağzalın yanında tikdirdiyi yeni bazara köçürmək istəyidir: "Orada isə qiymətlər həddindən artıq bahadır. Buna görə də biz həmin bazara getməkdən imtina edirik”.

Satıcılar problemlə bağlı ölkə rəhbərliyinə müraciət ediblər.

Hadisə ilə bağlı məlumat verən satıcılar daha bir məsələdən narazı olduqlarını dilə gətiriblər. Onlar bu gün İcra Hakimiyyətinin Bayraq Meydanında Novruz bayramı şənliyi keçirdiyini, lakin meydandakı dirəkdə bayrağın olmadığını hörmətsizlik kimi dəyərləndiriblər.

Şərhlər

XƏBƏR LENTİ