SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO

Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO

Tarix:

11-03-2019, 10:41

/ 930 dəfə oxundu.
Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Babı kəndində keçirilib.

xalqxeber.az xəbər verir ki, səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. Alı Alıyev deyib ki, Babı kəndində əhalinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, kənd sakinləri məcburi köçkünlər üçün nəzərdə tutlan güzəşt və imtiyazlardan istifadə edirlər.

Babı kəndində məktəb, poçt, uşaq bağçası, tibb məntəqəsi, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Bildirilib ki, kənd sakinlərindən 148 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyir, 131 nəfər isə pambıq, barama, müxtəlif istehsal sahələrində çalışmaqla məşğulluqlarını təmin edirlər.

Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib.

Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO
Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO
Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO
Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO

Şərhlər

XƏBƏR LENTİ