SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göygölün icra başçısı da vətəndaş qəbuluna heç maraq göstərmir... - GİLEY

Göygölün icra başçısı da vətəndaş qəbuluna heç maraq göstərmir... - GİLEY

Tarix:

9-02-2019, 15:44

/ 890 dəfə oxundu.
Göygölün icra başçısı da vətəndaş qəbuluna heç maraq göstərmir... - GİLEY

Az əvvəl Prezident Administrasiyası adından barəsində ən çox şikayət olunan, daha dəqiqi vətəndaş qəbullarına diqqət yetirməyən bəzi rayon icra hakimiyyətlərinin adları açıqlandı. DİA.AZ bildirir ki, əslində PA tərəfindən qabardılan sözügedən problem vətəndaşlarda ciddi narahatçılıq yaratmaqdadır. Redaksiyamıza verilən məlumatlardan birində isə vətəndaş qəbuluna az diqqət yetirən Göygöl RİH rəhbərindən giley edilir.

Gileylənən sakinlərin sözlərinə görə, Göygölün icra başçısının qəbuluna düşmək çox müşkül məsələdir. Hətta müəyyən yollarla Arif Seyidovun qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxırlar. Hər şeyin nə zamansa bir sonu olduğuna inanan rayon əhli səslərinini çıxartmadan acı taleləri ilə barışırlar.

Onu da deyək ki, ümumi sahəsi 12 min hektar olan Göygöl meşələrində son bir neçə ildə aparılan amansız qırğınlar nəticəsində ərazinin təxminən 40 faizi məhv edilib. Vaxtilə bölgənin əhəmiyyətli turizm məkanlarından olan Hacıkənddə qəsəbə ətrafı meşələrin 70 faizi qırılıb.

Müraciət edən sakinlər xahişlərinin ölkə rəhbərliyinə çatdırılmasını da diləyirlər:

"Bizim rayona həqiqətən də xalqın yanında olacaq bir başçı göndərilsə, bütün problemlər həll olunar. Biz ölkə rəhbərliyindən bunu xahiş edirik. Səsimizə səs verin".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ