SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İslam Allahverdiyev Maliyyə idarəsinin müdiridir yoxsa sahibkar?

İslam Allahverdiyev Maliyyə idarəsinin müdiridir yoxsa sahibkar?

Tarix:

30-01-2019, 15:56

/ 3 366 dəfə oxundu.
İslam Allahverdiyev Maliyyə idarəsinin müdiridir yoxsa sahibkar?

Samir Şərifovun Beyləqandakı adamı dövlətdən oğurladığı vəsaitlər hesabına böyük heyvandarlıq təsərrüfatı yaradıb.

Azərbaycanda məmurların bizneslə məşğul olması qanunla qadağan olunmasına baxmayaraq, vəzifəli şəxslərin demək olar böyük hissəsinin obyektləri, əlavə gəlir mənbələri mövcuddur. Yəni məmurlar dövlət vəsaiti hesabına özlərinə biznes yaradaraq onu günü-gündən inkşaf etdirirlər. Ancaq məsələnin digər acınacaqlı təərfi isə kiçik ranqlı məmurların dövlət vəsaitləri hesabına biznesə girişmələri daha çox füsət alıb. Belə bir məmurlardan biridə Beyləqan rayon Maliyyə İdarəsinin müdiri İslam Allahverdiyevdir.

AzToday.az-ın elektron poçtuna Beyləqan rayon 1-ci Şahsevən kənd sakinlərinin göndərdikləri şikayət məktubunda bildirilir ki, Maliyyə idarəsinin müdiri İslam Allahverdiyev kəndin ən yaxşı münbit torpaq sahələrindən 100 ha ərazini qeyri qanuni yollarla alaraq özünküləşdirib.

Məlumatda qeyd edilir ki, İslam Allahverdiyev 100 ha torpaq sahəsində 500-dən çox qoyun saxlatdırır. İdarə müdiri il ərzində 3 dəfə bordaq qoyunlar saxlatdırmaqla hər dəfə bazara satışa 300 quzu çıxartdırır. Kənd sakinəri qeyd edirlər ki, Samir Şərifovun işçisi Beyləqanda günü-gündən özünə məxsus təsərrüfatı Maliyyə İdarəsinin hesabına genişləndirir. Belə ki, İslam Allahverdiyev torpaq sahəsinin yanında vətənaşlara məxsus torpaqları almaqla daha geniş ərazilər əldə etməyə başlayıb.

Qeyd edək ki, ötən həftə İslam Alllahverdiyevin Beyləqan Maliyyə İdarəsindən baş mühasib Şahpələng Mahmudov və fiziki şəxs Zakir Bağırovla birlikdə kənd icra nümayəndələri ilə invertar əməliyyatları həyata keçirtməsi barədə məlumatlar yayılmışıdı. Həmin məlumatlarda vurğulanırdı ki, İslam Allahverdiyev yerli kənd icra nümayəndələri məcburən Zakir Bağırov adlı fiziki şəxsin hesabına maliyyə əməliyyatları həyata keçirtməyə məcbur edir. Təkcə 2018-ci ilin noyabr- dekabr aylarında Beyləqanın bir çox kənd icra nümayəndələri fiziki şəxs Zakir Bağırovla bərk invertarların və digər avadanlıqların alınması altında 50-80 min manat arası maliyyə əməliyyatları həyata keçiriblər.

Yayılan məlumatda qeyd edilirdi ki, Maliyyə idarəsinin müdiri Beyləqanın yeni icra başçısı Asif Ağayevlə münasibətlər yaradaraq söz sahibinə çevrilməyə başlayıb.

AzToday.az

Şərhlər

XƏBƏR LENTİ