SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sahil Babayev Müslümovun Zərdabdakı "yadigarına" nədən toxunmur? - GİLEY

Sahil Babayev Müslümovun Zərdabdakı "yadigarına" nədən toxunmur? - GİLEY

Tarix:

29-01-2019, 10:20

/ 1 268 dəfə oxundu.
Sahil Babayev Müslümovun Zərdabdakı "yadigarına" nədən toxunmur? - GİLEY

"DSMF-nin Zərdab rayon şöbəsində bu yaxınlarda aprılan yoxlamalarda təkcə 20-ə qədər qanunsuz verilən ünvanlı sosial yardım aşkar olundu və həmin yardımlar dayandırıldı". Bu sözlər DİA.AZ-a daxil olan şikayət məktubunda yer alıb.

Zərdab rayon sakini Mirzəyev Rövşən Cəfər oğlu iddia edir ki, hətta həmin pullar da geri qaytarılb.

Narazı vətəndaş daha sonra dia.az-a yazır: "Bundan basqa Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin başqa qanunsuz əməlləridə aşkar olundu. Yoxlamalara təqdim olunan rəsmi sənədlərdə C.Vəliyevin öz imzası ilə və dövlətin ona etibar etdiyi möhürlü sənətdə saxtakarlıq etdiyi açıq aydın askar olundu. Bütün bu özbaşınalıqlara baxmayaraq Canpolad barəsində hələdə qanuni tədbir görülmür Canpoladin özbasınalıqları ilə bağlı ƏƏSM-si naziri cənab Sahil Babayevə məni qəbul etməsi ücün dəfələrlə rəsmi müraciətlər etmişəm ancaq S.Babayev bu müraciətlərə baxmayıb indi mən sonuncu dəfə cənab S.Babayevdən xahiş edirəm ki, əgər C.Vəliyevi ona da tapşırıblarsa və Canpolad Vəliyev eyni Əjdərin ve Qurbanəlinin dövründə etdiyi hərəkətləri bundan sonra da edəcəksə, onda cənab nazirin bizə yazığı gəlsin ki, dövlətimizin başçısı çox hörmətli Möhtərəm cənab İlham Əliyevin bizə verdiyi əmək haqqını ve valideyinlərimizə verdiyi penisiyanı onların əlindən alıb Sahil Babayevin Canpolad barəsində tədbir görəcəyini düşünüb ərizə və teleqramlara verməyək bilək ki, cənab nazir Canpoladın barəsində nəinki tədbir görmək heç onun xətrinə belə dəyməyəcək".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dia.Az

Şərhlər

XƏBƏR LENTİ