SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » DSMF-nin Gədəbəy şöbəsi bayram edir - “saxta staj” əməliyyatı davam edir

DSMF-nin Gədəbəy şöbəsi bayram edir - “saxta staj” əməliyyatı davam edir

Tarix:

10-03-2017, 18:14

/ 1 949 dəfə oxundu.
DSMF-nin Gədəbəy şöbəsi bayram edir - “saxta staj” əməliyyatı davam edir

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy şöbəsi bayram edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gələn komissiyanın yola salınması hər iki tərəfin ürəyincə olub.
Belə ki, kütləvi “saxta staj” əməliyyatlarına nazirlikdən gələn yoxlamanın göz yumması və Bakıya müsbət təqdim verməsi indi DSMF-nin Gədəbəy şöbəsində yüksək əhval-ruhiyyə yaradıb, Novruz bayramı ovqatına səbəb olub.
İddialara görə, nazirlikdən gələn yoxlama külli miqdarda pul yığmaqla razı salınıb. Ona görə “saxta staj” əməliyyatları maklerlər vasitəsilə davam etməkdədir. DSMF rayon şöbəsində yoxlama nə qədər başdansovdu aparılsa da, yoxlama aparanlar kifayət qədər nöqsan aşkar ediblər. Belə ki, yoxlama aparanlar şöbə tərəfindən yüzlərlə saxta pensiya işi tərtib olunduğunu üzə çıxarıblar. Amma bu işlər ləğv olunmayıb.
Nazirliyin əməkdaşları bu qanunsuz hərəkətləri “pullu” iş kimi Fondun Gədəbəy şöbəsinin müdiri Məsud Məmmədova keçiblər.M.Məmmədov da sayı yüzlərlə olan bu işlərin pulunu dayandıraraq “rivizor dayandırıb” bəhanəsi ilə həmin pensiyaçılardan 300-500 manat civarında alıb, yenidən pensiya kartlarını aktiv etdirir.
Onun bu əməllərindən nazirlik xəbərsizdir. Əgər xəbəri varsa, onda yoxlama təkrar olaraq şəffaf aparılmalıdır. Gədəbəy təqaüdçülərinin sözlərinə görə, ümid nazir Səlim Müslümovdur:
“Cənab nazir, büdcə vəsaitinə qənaət etmək üçün qadınların pensiya yaşını qaldırmaqdansa, pensiyaların məbləğini azaltmaqdansa, yaxşı olar ki, bu cür maxinasiyalara nəzarət edəsiniz. Yeni qəbul edilən qanunlar da, bu cür saxtakarlıqlarla müşayiət olunacaqsa heç bir qənaətə nail olunmayacaq. Yalnız dövlətin və dövlət başçısının nüfuzuna xələl gələcək”.

Terefdar.Az

P.S. Araşdırmalarımız davam edir.

Şərhlər

XƏBƏR LENTİ