SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə »  Niyazi Bayramovun fəaliyyəti təqdir olunmur - İDDİA

 Niyazi Bayramovun fəaliyyəti təqdir olunmur - İDDİA

Tarix:

28-11-2018, 18:54

/ 1 515 dəfə oxundu.
 Niyazi Bayramovun fəaliyyəti təqdir olunmur - İDDİA

Elmar Vəliyevin qalmaqallı şəkildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən uzaqlaşdırılmasının ardından Mingəçevirdən Gəncəyə transfer olan Niyazi Bayramovun durumu heç də ürəkaçan deyil. Bu barədə məlumatlı mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, son təyinatları ilə heç də "yuxarıların" rəğbətini qazanmayan Niyazi Bayramovun eləcə də Gəncədə yaratmağa çalışdığı üsul-idarə tərzi də təqdir olunmur. Mənbənin dia.az-a söylədikləri:

"Məsələn, Niyazi Bayramov guya ki, yerlərdə görüş keçirir. Belə bri fon yaratmağa çalışır. Hətta yaxın mediada da belə bir təbliğat qurdurur. Amma əslində vəziyyət tamam fərqlidir. Çünki görüşlər ssenari əsasında təşkil olunur. Görüşə qatılanların da cəmi 5-10 faizi təsadüfi adamlar olur. İş görün, nə həddədir ki, yerli administrativ rıçaqlar başçının görüşünün tərkibinin müəyyən olunmasında istifadə olunur. "Yuxarılara" isə belə bir fəaliyyət heç lazım deyil. Görünür, Niyazi Bayramov gözdən pərdə asmağa çalışır. Köhnə üsullardan istifadə edir. Bunun nəticəsi ağır ola bilər. Bakıya lazımdır ki, Gəncədə həiqiqətən də xalqa yaxın bir sima ilə təmsil olunsun.

Niyazi Bayramov isə ilk başdan uğurlu seçim deyildi. Sadəcə olaraq Azad Rəhimov bu işdə yaxasını irəli verdi. Əslində Niyazi Bayramovunj bir yanlışı təkcə onu yox, həm də Azad Rəhimovu bitirəcək".

Mənbə açıqlamasında onu da iddia edir ki, hələ də yüzlərlə narazı vətəndaş Niyazi Bayramovun qəbuluna düşmək üçün növbəsini gözləyirsə, bu, əslində yeni başçının fiaskosudur: "Çünki Bakıdan Gəncə daha yaxşı görünür. Bunu yani başçı unutmamalıdır".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dia.Az

Şərhlər

XƏBƏR LENTİ