SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Mədəniyyətdə Ramiz Quliyev problemi - ŞİKAYƏT

Mədəniyyətdə Ramiz Quliyev problemi - ŞİKAYƏT

Tarix:

26-11-2018, 10:23

/ 2 200 dəfə oxundu.
Mədəniyyətdə  Ramiz Quliyev problemi - ŞİKAYƏT

Redaksiyamıza yazan Cabir Novruzlu iddia edir ki, bu gün yerində olmayan məmurlardan biri də Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisidir. xalqxeber.az müəllifin yolladığı məqaləni olduğu kimi təqdim edir:

"Dahi şair Şəhriyar heç də elə-belə ifadələr söyləməyib: “ Bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar”. Təəssüflər olsun ki, yarandığı 2 ildən bəlkə də artıq olan Ağstafa Regional Mədəniyyət İdarəsinə mühəndisin rəis təyin olunması acınacaqlıdır. Mədəniyyətimizin bu gün belə çətinliklərlə üzləşməsi, geriləməsi elə bu kadrların ucbatından irəli gəlir.

Qazax, Tovuz və Ağstafa rayon mədəniyyət şöblərini özündə birləşdirən regional mədəniyyət idarəsində ancaq hərcməclik və özbaşınalıqdır. İdarənin rəisi Ramiz Quliyev isə gah canının hayında, gah da Bakıya gedib-gələrək yol ölçməklə məşğuldur. Onun Bakıya tez-tez gəlməsi ailəsinin burada yaşamağı ilə bağlıdır. Hər Bakıya gəlib-gedəndə də azı 200-300 manat xərcləmək lazım gəlir. Üstəlik, Quliyevin Ağstafada kirayə qaldığı evin haqq-hesabı... Yəni, Quliyevin aldığı əməkhaqqı ilə xərclərinin üst-üstə düşməməsi onunla izah edilir ki, mədəniyyət idarəsində şəffaflıq qətiyyən ola bilməz. Kim deyə bilər ki, indiki zamanda mən evimizdən gətirib rəisi olduğum idarəyə xərcləyirəm? Demək, məsələ məlumdur. Bunun hüquqi təhlili belədir. Maraqlı burasıdır ki, həmişə şairləri, yazıçıları, elmi və mədəniyyəti ilə sevilən, seçilən ölkəyə adlı-sanlı adamlar bəxş edən sözügedən rayonlarda elə bir kadr olmadımı ki, Ramiz Quliyevi “püfəpüf”lə Bakıdan aparıblar.

Heç kimə sirr deyil ki, Ağsatafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə demək olar ki, “danışmırlar”. Burada isə əsas meyar Ramiz Quliyevin işdə yol verdiyi ciddi nöqasanlar, rüşvətxorluq və digər hallardır. Lakin Ramiz Quliyev mədəniyyət naziri Əbülfəs Qarayevin kadrı olduğu üçün, görünür onu Ağstafadan Bakıya yola salmaq başçının səlahiyyəti daxilində deyil. Amma bu gediş tezliklə Ramiz Quliyevin Ağstafadan qayıdacağının əsas səbəblərindəndir. Çünki, Prezident İlham Əliev dəfələrlə məmurlara korrupsiya və rüşvətxorluğa son qoymağını tapşırdığı bir dönəmdə Ramiz Quliyev kimiləri buna laqeyd yanaşırlar.

Tərcümeyi-halında açıqca yazılır ki, “Ramiz Quliyev regional qaz idarəsinin rəisi, həm də regional maliyyə yoxlamsında rəis işləyib”. Kim inanar ki, bu şəxs “təmiz işləyib?”

Ramiz Quliyevin neqativ hallarla məşğul olması Qazax Rayon İcra Hakimiyyətin başçısı Rəcəb Babaşova da xoş gəlməyib. Onu regiondan uzaqlaşdırmaq üçün haqqında ölçü götürülməsindən ötrü aidiyyəti yerlərə məlumat verəcəyini də bildirib. Bunu eşıdən Quliyev düz 1 aya yaxın guya“həkim müalicısindədir” - adı altında Bakıya gəlmişdir..

Bu məsələnin bu səviyyəyə çatmasında nazir Əbülfəs Qarayevin də günahı danılası deyil. Ona görə ki, Ağstafa mədəniyyətində uzun müddət can qoyan, tanınmış mədəniyyət işçisi Gülgün Kərimov kimi bacarıqlı kadrlar ola-ola Ramiz Quliyevin göndərilməsi gülünc doğurur.

Biz məsələnin ədalət müstəvisində tezliklə həll olunmasına da əminik".

xalqxeber.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ