SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şamaxı şefi 130 fermeri prezidentə qarşı qaldırır

Şamaxı şefi 130 fermeri prezidentə qarşı qaldırır

Tarix:

18-01-2017, 00:24

/ 2 293 dəfə oxundu.
Şamaxı şefi 130 fermeri prezidentə qarşı qaldırır

Şamaxı rayon İcra Hakimiyyəti (RİH) fermerlərin başına müsibət açıb

Verilən məlumata görə, fermer təsərrüfatı olanlar torpaqlardan zorla çıxarılır.

Ölkə başçısı aqrar sektorun, fermerlərin inkişafı üçün dövlət dəstəyini əsirgəmir, Şamaxı icra hakimi Asif Ağayev isə onları ərazilərindən qovur. Bir qrup fermer Bakıya gələrək etiraz bildiriblər.

Şamaxı fermerlərindən biri Zahir Məmmədovun sözlərinə görə, haqqında danışdığı fermer təsərrüfatları Hacıqabul, Ağsu və Şamaxını əhatə edən 50 min ha yaxın ərazidə fəaliyyət göstərir. 130-a yaxın fermer təsərrüfatıdır, hər təsərrüfatda da 4-5 ailə çalışır.

“Problem budur ki, indi bizi çalışdığımız torpaqlardan uzaqlaşdırmaq istəyirlər. Belə ki, biz XX əsrin 90-cı illərinin ortalarından sonra fiziki şəxslər olaraq torpaq sahələrini icarəyə götürmüşük, icarə vaxtımız hələ bitməyib. Kimində 2 il, kimində 5 il müddət qalır.

Mənim şəxsən icarə müddətim 2028-ci ildə başa çatır. Amma keçən il noyabrın 29-da Şamaxı Rayon İcra Hakimiyyəti başçısından bizə məktub gəlib ki, icarədarlıq birtərəfli qaydada dayandırılır.

Yəni, bizimlə icarə pozulur. Biz bu barədə aidiyyatı qurumlara müraciətlər ünvanlaşmışıq, məktublar göndərmişik”.

İcarə müqaviləsi qarşı tərəf kimi Rayon İcra Hakimiyyəti ilə bağlanıb.

Z.Məmmədovun sözlərinə görə, fermerlər təkcə müraciətlərlə kifafətlənməyiblər, kənd təsərrüfatı naziri ilə də görüşüblər: “Biz məsələni izah etdik, nazir də dedi ki, narahat olmayın “halallıq” olacaq. Yəni, bizi başa saldılar ki, torpaqlardan əlinizi çəkməlisiniz.

Şamaxı Rayon İcra hakimiyyətinin başçısı ilə də görüşdük, təqribən eyni cavab orada da verilib. Rəsmi yox, qeyri-rəsmi olaraq bu məsələdə “Paşa Holdinq”in adı qarşı tərəf kimi hallanır. Amma bunun belə olub-olmadığını dəqiq bilmirik”.

Onun sözlərinə görə, məsələ müsbət həllini tapmadığı üçün bundan sonra ölkə səviyyəsində ictimailəşdirməyi qərara alıblar: “Biz o torpaqlarda neçə illərdir ki, çalışırıq, mal-heyvan, qoyun-quzu, kənd təsərrüfatı məhsulları yetişdirimişik.

Əgər bu torpaqların dediklərikimi təyinatlarını dəyişdirsələr belə, ilkin olaraq bu icarədarlara təklif olunmalıdır. Amma bu olmur. Bundan da irəli gələrək haqqımızı tələb etmək üçün mərkəzi rəhbərliyə üz tutmuşuq”.

Bir müddət öncə saytımızda "Şamaxılı fermerlərdən aksiya xəbərdarlığı” başlıqlı yazı dərc etmişdik. Bu yazıda Şamaxıdan olan fermerlər Toğrul Salahov, Əzizbaba Fətullayev, Vahid Əhmədov, Ağamikayıl Cəbrayılov və Məzahir Hacıyevin üzləşdikləri problemlərdən bəhs olunmuşdu.

Fermerlər bildirmişdilər ki, Şamaxıda əkin sahələrinin bir çoxunun təyinatı dəyişdirilib. Həmin yerlərdə yerli məmurlar özlərinə restoranlar, istirahət mərkəzləri və ya bahalı villalar inşa ediblər:

“Şamaxıda yaylaq və qışlaq sahələrinin çoxu zəbt olunub. «Şamaxıda yaylaq və qışlağı icarəyə götürmək üçün ən azı 5000 manat pul lazımdır. Halbuki bu torpaqlar heyvandarlıqla məşğul olan fermerlərə icarəyə verilməlidir”. Politika

Şərhlər

XƏBƏR LENTİ