SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Dəbdəbəli imarətlər, 200 minlik maşın, adam oğurluğu- Sabirabad icra başçısı haqda ŞOK FAKTLAR

Dəbdəbəli imarətlər, 200 minlik maşın, adam oğurluğu- Sabirabad icra başçısı haqda ŞOK FAKTLAR

Tarix:

16-11-2018, 13:10

/ 2 954 dəfə oxundu.
Dəbdəbəli imarətlər, 200 minlik maşın, adam oğurluğu- Sabirabad icra başçısı haqda ŞOK FAKTLAR

Ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Sabirabadın icra başçısı Nazim İsmayılov və ailə üzvləridir. 2001-ci ildən Göyçay, Şamaxı və Sabirabad rayonlarına başçılıq edən 64 yaşlı icra başçısı bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf edir. Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri olan Nazim İsmayılov hər zaman övladları ilə bağlı gündəmdə olub. N.İsmayılovun oğlanlarının adı ən müxtəlif qalmaqallarda hallanıb. Son illər ərzində mediada yer alan və rəsmən təkzib olunmayan həmin məlumatları INTERTV.AZ olaraq diqqətinizə çatdırırıq:

Atasının xidməti maşınında qəza törədib?

Hələ 2014-cü ilin əvvəllərində Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlunun qəza törətməsi haqda xəbər yayılmışdı. Məlumata görə, “hadisə Pambıq Zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobilini idarə edən kiçik İsmayılov birdən-birə iki “VAZ 06” markalı avtomobili əzib. Maşınlardan biri yararsız hala düşüb. Zədələnən “Jiquli”lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş. Polis hadisə yerinə gələrək başçının xidməti avtomibilini hadisə yerindən aparıb”. O zaman Sabirabad Rayon Polis İdarəsi məlumatı nə təkzib, nə də təsdiq etmişdi.

200 minlik avtomobili

İcra başçısının oğlunun adının avtomobillə bağlı hallanmasında bu yeganə hal deyil. Belə ki, 2016-cı ildə media üzərindən apardığımız araşdırmalar zamanı başqa bir məlumata da rast gəldik: “Nazim rr ttİsmayılovun oğlu Anarın öz avtomobilini satması barədə məlumat var. “Auto.az” saytında yerləşdirilən bu elan onu tanıyan vətəndaşların da diqqətini çəkib. 2011-ci il istehsalı olan “Toyota Land Cruiser”i 36 min dollara satan Anar İsmayılov öz nömrəsini də saytda yerləşdirib (0502000423). Lakin Sabirabad “şef”inin oğlu saytda region olaraq Göyçay göstərib. Bundan başqa, elanda maraq çəkən bir hissə də var: o, avotomobilini “Lexus-570” ilə barter etməyə də hazırdır. Özünə lüks həyat tərzi, otel biznesi quran, bahalı və yüksək təchizatlı avtomobillərdə gəzən Anar İsmayılov bu böhrandan təsirlənibmi, yoxsa artıq bir maşında gəzməkdən bezib?” Amma əldə etdiyimiz başqa məlumata görə, bu elanda gördüyümüz avtomobil onun yeganə avtomobili deyil, kolleksiyada daha 4-5 “inomarka”da var. Avtomobil satışı elanından bir müddət sonra Anar İsmayılov “Facebook” hesabında avtomobil alması ilə bağlı məlumat yaymışdı. Bununla bağlı da cumhuriyyet.az olaraq mediada yayılan məlumatlara diqqət yetirdik. Aparılan araşdırmalar zamanı bəlli olub ki, icra başçısının oğlu “Lexsus LX 570” markalı avtomobil alıb. Bu markanın qiyməti Azərbaycanda 145-150 mindir. Məlumdur ki, əksər məmmur övladları öz “oyuncaq”larını xaricdən sifarişlə gətizdirir. Bu zaman isə avtomobillərinə müəyyən detalların artırılmasını sifariş edirlər ki, bu da qiymətin artmasına təsir göstərir. Məlumata görə, Anar İsmayılov da yeni avtomobilinə müəyyən detalların artırılmasını sifariş verib və maşın ona təxminən 200 minə başa gəlib.(cumhuriyyet.az )

Göyçayda imarət,otel və obyektlər…

Sabirabad icra başçısı Nazim İsmayılovla bağlı mediada yer alan xəbərlərdən biri də Göyçay şəhərində oğluna dəbdəbəli villa tikdirməsi ilə bağlı olub. Həmin məlumatda bildirilirdi ki, icra başçısı Göyçay şəhər Gənclər Mərkəzinin arxasında aldığı torpaq sahəsində oğlu Anar İsmayılova imarət ucaldıb. Sonradan Nazim İsmayılov və oğlu Anar İsmayılov imarət tikdirmələri barədə yayılan xəbərlərdan çox ciddi şəkildə narahat olublar və tikinti gedən ərazini başqa bir şəxsin adına sənədləşdirməyə qərara veriblər. Məlumatda o da bildirilirdi ki, icra başçısının oğlu üçün tikdirdiyi imarətin toprağı məhşur azərbaycanlı iş adamı, hazırda Rusiyada iflası elan olunan Telman İsmayılovun, (AST Telman), ata yurdunun yerləşdiyi torpaq olub. Ərazini başqa bir şəxs İsmayılovlardan aldıqdan sonra oradakı köhnə evi uçurub. Daha sonra tt rrisə baha qiymətə Nazim İsayılovun oğluna və dgigər bir şəxsə satıb. İddia olunur ki, Nazim İsmayılovun oğlu Anar İsmayılov üçün həmin torpaq sahəsinə 70 min manata alıb. Qeyd edək ki, Göyçay şəhərində ən bahalı ərazi məhz Gənclər Mərkəzinin arxası hesab olunur. Yeri gəlmişkən, cumhuriyyet.az olaraq mövzu ilə bağlı media üzərindən apardığımız araşdırmalarda o məlumata da rast gəldik ki, Sabirabad icra başçısı Nazim İsmayılovun Göyçay rayonunda böyük mal-mülk sahələri, obyekləri mövcuddur. Bu obyektlərdən ən böyüyü rayonin Heydər Əliyev prospekti 88-də yerləşən “Çinar Mehmanxana”sı, “Çinar” şadlqı evi və ətrafındakı bir neçə obyektdir. Qeyd edək ki, Göyçay şəhərində ən dəbdəbəli otellərdən biri olan “Çinar” otelin müasir srandartlara cavab verən bir obyektdir.

Səyahət və “xüsusi əyləncələr”ə meyllilik

Daha sonra Sabirabad rayon İcra hakimiyyətinin başcısı Nazim İsmayılovun oğlunun müxtəlif xarici ölkələrdə çəkilən fotoları yayıldı. Strateq.az-a göndərilən fotolarda icra başçısının oğlu Anar İsmayılovun səyahət və “xüsusi əyləncələr”ə meylli olduğu açıq sezilirdi.

Reket dəstəsi

Nazim İsmayılıvun təkcə oğlanları deyil, qardaşıoğlanları da medianın diqqətini cəlb edə biliblər. Bu ilin avqustinda xəbər yayıldı ki, Göyçayda mağaza müdiri, YAP-ın Göyçay Təşkilatının təlimatçısı Laçın İsmayılov 17 yaşlı keçmiş satıcısı Səid Mahmudlunu 20 manat kassa əskikliyinə görə başının dəstəsilə 2 dəfə evindən çıxararaq şəxsi avtomobili ilə şəhər kənarında olan Şirvan kanalının yanına aparıb. İntertv.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb. Onun sözlərinə görə, orada Səidə qarşı hədə-qorxu, təhqir və s. qeyri insani hərəkətlər edilib. Məlum olub ki, quldurluğa meyl edən bu YAP-çı Sabirabadın icra başçısı Nazim İsmayılovun qardaşı oğludur.

2 dəfə adam oğurluğu və hədə-qorxu ilə tələb etməyə görə öz kimliyini və niyyətini nümayiş etdirən Laçın İsmayılova layiqli yerini hüquq-mühafizə orqanları bir tədbir görmədilər. Ardı var.

INTERTV.AZ
Dəbdəbəli imarətlər, 200 minlik maşın, adam oğurluğu- Sabirabad icra başçısı haqda ŞOK FAKTLAR
Dəbdəbəli imarətlər, 200 minlik maşın, adam oğurluğu- Sabirabad icra başçısı haqda ŞOK FAKTLAR
Dəbdəbəli imarətlər, 200 minlik maşın, adam oğurluğu- Sabirabad icra başçısı haqda ŞOK FAKTLAR
Dəbdəbəli imarətlər, 200 minlik maşın, adam oğurluğu- Sabirabad icra başçısı haqda ŞOK FAKTLAR

Şərhlər

XƏBƏR LENTİ