SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqan maliyyəsinin sələmçiliklə məşhurlaşan müdiri niyə qəfil "xəstələnib"?

Beyləqan maliyyəsinin sələmçiliklə məşhurlaşan müdiri niyə qəfil "xəstələnib"?

Tarix:

17-10-2018, 21:10

/ 1 755 dəfə oxundu.
Beyləqan maliyyəsinin sələmçiliklə məşhurlaşan müdiri niyə qəfil "xəstələnib"?

Vaqif Abdullayevin postundan ayrılması Beyləqanda iri məmurları qorxuya salıb.

Mozalan.az xəbər verir ki, icra başçısı ilə birgə adı iri maxinasiyalarda hallanan maliyyə idarəsinin müdiri İslam Allahverdiyev qəfil xəstələnib. Onu Bakıya getdiyi deyilir.

Şəfasını xəstəxanada yoxsa hamilərinin yanında axtarması bizə sirr olaraq qalır.

Onun belə işlərdə “təcrübəsi” zəngindir. Dəfələrlə düşdüyü işlərdə sudan quru çıxmağı bacarıb.

Bir vaxtlar Beyləqan “Kapital Bank”ının müdiri işləyib. Həmin vaxt İslam Allahverdiyevin bankın adı ilə külli miqdarda vəsaitini kredit şəkilndə yüksək faizlə vətəndaşlara verdiyini və maxinasiyadan il ərzində yüz min manatlarla qazanc əldə etməsi üzə çıxdı.

İşdən qovuldu.Lakin 2 həftə sonra Xocavənd maliyyə idarəsinin müdiri vəzifəsinə keçdi.

Xocavənd sakinlərinin iddiasına görə rayon maliyyə idarəsinin müdiri keçmək İslam Allahverdiyevə 100 min manata başa gəldi. Deyilənə görə vəsaitin yarısı rayon, yarısı isə maliyyə nazirliyinin rəhbərliyinə xərcləndi. Az keçmiş İslam Allahverdiyevin Xocavənd maliyyə idarəsində sələmlə məşğul olması barədə saytlarda silsilə yazılar dərc edildi. Xəbər verilirdi ki, Xocavəndəki maliyyə idarəsinin müdiri sələm işini davam etdirir və demək olar ki, Beyləqan, Xocavənd, hətta Füzuli rayonun bir çox məmurları, idarə müdirləri təcili pul lazım olanda İslam Allahverdiyevin yardımından bəhrələnirlər. Maliyyə idarəsinin müdiri isə öz növbəsində 8 faizlə məmurlara sələm verirmiş.

Sonradan İslam Abdullayev Beyləqan Maliyyə İdarəsinin sabiq müdiri Oqtay Hacıyevin rayon əhalisinə hələ də məlum olmayan səbəbə görə işdən azad olunduqdan dərhal sonra, icra başçısının istəmədiyi halda, Xocavənddən Beyləqana müdir kimi transfer olunur. Buna görə də daim Beyləqanın keçmiş icra başçısı Vaqif Abdullayevlə onun arasında ciddi narazılıqlar olub. İcra başçısı maliyyə idarəsinin müdirinin "sələm biznesi"ndən yaxşı qazanc əldə etdiyini önə çəkərək İslam Allahverdiyevin daim onu aldatdığını deyirmiş. İslam Allahverdiyev isə hər yerdə icra başçısı Vaqif Abdullayevdən ciddi narazılıq edirmiş.

Allahverdiyevin rayonun ən varlı şəxslərindən biri olmasından və sələm biznesindən yaxşı qazanc əldə etməsindən xəbərdar olan keçmiş icra başçısı idarə müdirini daim təzyiq altında saxlayırmış. Buna görə də İ. Allahverdiyev tez-tez yaxın qohumlarının yanında Beyləqan maliyyəsinə müdir gəlməkdə böyük səhv etdiyini, 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevin onu aldatdığını və icra başçısı Vaqif Abdullayevlə birlikdə işləməyin çox çətin, əzablı olduğunu dilə gətirirmiş.

Lakin bütün hallarda Abdullayevin maxinasiyalarında onun da imzası olub, hər nə qədər şikayətlənsə də külli-miqdarda qazanc əldə edib.

Mənbəmiz bildirir ki, son bir ildə İslam Allahverdiyev əlindəki 1 milyon manata yaxın vəsaiti Bakı şəhərində bir neçə obyekt və ev alınmasına yatırıb. İdarə müdirinin təkcə Beyləqanda 200 hektar torpaq sahəsi və 1500 baş qoyunu qaldığı deyilir.

Hələlik maliyyə rəisinin gələcəyi şübhə altındadır. Sabiq başçının xidmət dövrü total araşdırma ərəfəsindədir. Yaqin ki. Onunla əlbir olan, maxinasiyalarda imzası olan şəxslərin hamısı təftiş ediləcək. Həmçinin İslam Allahverdiyev.

Mövzuya qayıdacağıq.

Mozalan.az

Şərhlər

XƏBƏR LENTİ