SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yevlax rayon DYP-i postunun rəisi Etibar İbrahmov vəzifə səlahiyyətlərindən sui-istifadə edir - ŞİKAYƏT

Yevlax rayon DYP-i postunun rəisi Etibar İbrahmov vəzifə səlahiyyətlərindən sui-istifadə edir - ŞİKAYƏT

Tarix:

28-09-2018, 15:41

/ 6 084 dəfə oxundu.
Yevlax rayon DYP-i postunun rəisi Etibar İbrahmov vəzifə səlahiyyətlərindən sui-istifadə edir - ŞİKAYƏT

Ucar rayonu Qulabənd kənd sakini Şıxəliyev Rauf Variz oğlu tərəfindən xalqxeber.az-ın redaksiyasına şikayət daxil olmuşdur. Həmin şikayəti olduğu kimi sizlərə təqdim edirik:

ŞİKAYƏT

Yevlax Dövlət Yol Polisi Postunun rəisi Etibar İbrahmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənə qarşı saxtakarlıq etmişdir.Bunu təsdiq edən konkret subutları isə Etibar İbrahimov gizlətməyə çalışır. Belə ki, 25 sentyabr 2018-ci il tarixdə Bakı-Qazax magistral yolunun 242-ci km-də Ucar rayon ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı mənə məxsus Mersedes BENZ markalı 20 CH 059 nömrəli avtomobilimə ciddi ziyan dəymişdir.Qəzanın təqsirkarı Vaz 2106 markalı 20 CH 059 nömrəli avtomobil olmuşdur.Bunu həmin avtomobilin sürücüsü Emin Məmmədov özü təsdiqləmişdir. Ancaq həmin avtomobili sığorta edən “Azsığorta” şirkətinin əməkdaşları Yevlax Dövlət Yol Polis Postunun rəisi Etibar İbrahmova rüşvət verib saxta sənəd tərtib etdirə biliblər ki, guya avtomobil qəzasının təqsirkarı mənəm. Ancaq həmin avtoqəza baş verən ərazidə müşahidə kamerası var ki, orada olan video görüntülər subut edir ki, avtomobil qəzasının təqsiri Vaz-2106 markalı avtomobilin sürücüsündə olmuşdur.Mən həmin müşahidə kamerasına baxılmasını Yevlax Dövlət Yol Polisi Postunun rəisi Etibar İbrahmovdan xahiş etsəmdə mənə kobud cavab verərək həmin müşahidə kamerasının işləmədiyini qeyd etdi.Ancaq həmin müşahidə kamerası işəyir ki, bunu Daxili İşlər Nazirliyindən mənə dedilər. Yevlax Dövlət Yol Polisi Postunun rəisi Etibar İbrahmov mənə qarşı saxtakarlıq və qanunsuzluq etdi. Çünki yuxarıda qeyd etdiyim kimi “Azsığorta” şirkətinin əməkdaşı Yevlax Dövlət Yol Polisi Postunun rəisi Etibar İbrahmova rüşvət verib məni təqsirkar çıxardılar.Bunuda ona görə etdilər ki, mənim avtomobilimə dəymiş ziyanın məblği çoxdur. Yevlax Dövlət Yol Polisi Postunun rəisi Etibar İbrahmov yolda soyğunçuluqla qazandığı pullar hesabına Bakı şəhərində və respublikanın müxtəlif yerlərində villalar alıb, ticarət obyektləri, şadlıq evləri və daş karxanaları əldə edib.Onun bütün fəaliyyəti korrupsiya ilə bağlıdır.
Mən mətbuat vasitəsi ilə Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirəm vəzifə səlahiyyətlərindən sui-istifadə edib rüşvət alıb saxtakarlıq edən Yevlax Dövlət Yol Polisi Postunun rəisi Etibar İbrahmovun cinayət əməlləri araşdırılıb barəsində qanuna müvafiq tədbirlər görəsiniz. 25.09.2018-ci il tarixdə avtomobil qəzası baş vermiş ərazidə olan müşahidə kamerasına baxış keçirməyinizi obyektiv həqiqətin ortaya çıxarılmasına nail olmağınızı xahiş edirəm.

Əlaqə telefonu; (051) 350-84-31

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ