SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT

Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT

Tarix:

17-09-2018, 08:44

/ 2 095 dəfə oxundu.
Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT

xalqxeber.az-ın poçtuna daxil olan Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimovdan şikayət məktubunu oxuculara təqdim edirik. Şikayətçi Hacıyev Ruslan Mürsəl oğlu şikayətinməktubunda yazır:
Ucar rayonu Qazqumlaq kənd sakini Hacıyev Ruslan Mürsəl oğlu tərəfindən

ŞİKAYƏT

Mən Hacıyev Ruslan Mürsəl oğlu Ucar rayonunun Qazqumlaq kəndində ailəmlə birlikdə yaşayıram. Himayəmdə böyüyünün 10, digərinin 9 və kiçiyinin 3 yaşı olmaqla 3 uşağım var.Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimovun qanunsuz əməllərinə görə 2 məktəbli uşağım məktəbə getmir dərsdən qalıblar.Çünki Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov min bir əziyyətlə yeni inşa etdirib yaşadığım mənzilə elektirik enerjisinin verilməsi üçün bizə elektirik sayğacı satmaq istəmir. Əsas isə onu gətiri ki, atamın istifadə etdiyi elektirik enerjisinə görə ödənilməmiş borcu var. Mən isə bunun qanuna zidd olduğunu ona desəmdə Şahmar İbrahimov "mən belə metoddan istifadə edirəm get hara istəyirsən şikayət et" deyir.
Qeyd edim ki, atam Mürsəl Hacıyevin evi, təsərrüfatı ayrı, mənim evim- təsərrüfatım tam ayrıdır.Əgər atam Mürsəl Hacıyevin istifadə etdiyi elektirik enerjisinə görə borcu varsa onun mənim evimə, ailəmə nə aidiyyatı olmalıdır.Hərcənddir ki, borca görə atamın evinə elektirik enerjisninin verilməsi dayandırılmışdır.Mən elektirik enerjisindən istifadə etməyə görə elektirik sayğacı almaq üçün Mingəçevir şəhərində Asan xidmətə müraciət etdikdə mənə ddilər ki, Ucar Elektirik Şəbəkəsinə müraciət edin 159 manat ödədikdən sonra onlar qanunu qaydad sizin evə elektirik sayğacını tətbiq etməlidirlər. Yuxarıda qeyd etdiyim kimi Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov atamın borcunu əsas gətirib bizim evə elektirik sayğacı satmaq istəmir.Hazırda qaranlıqda yaşayırıq.Bu səbəbdən 2 övladım məktəbə getmir. Evdə şam işığında dərslərini hazırlamaqda məktəbli övladların əziyyət çəkirlər.Buna görə onların gözləri kor ola bilər. Onlar qaranlıqda necə dərslərini hazırlaya bilərlər ? Hələ mən elektirik enerjisi omadan yaşamağın çox-çox əziyyətli çətin olmasını demirəm.Sanki ibtidai insanlar kimi yaşamağa məhkum olmuşuq. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya müraciət edib xahiş edirəm mənim övladlarımın təhsilsiz, işıqsız qalmasına, bizi qaranlıqda yaşamağa məhkum etmiş Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimovun barəsində ciddi tədbirlər görəsiniz. Xahiş edirəm nümayəndələrinizi göndərin gəlib bizim ailənin vəziyyətini gözləri ilə yerində görsünlər və bu şikayəti araşdırsınlar.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT
Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT
Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT
Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT
Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov qanunları saymır - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ