SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lənkəranda çayçıların ümidi yağış duasıdır... - FOTOLAR

Lənkəranda çayçıların ümidi yağış duasıdır... - FOTOLAR

Tarix:

5-08-2018, 10:45

/ 1 776 dəfə oxundu.
Lənkəranda çayçıların ümidi yağış duasıdır... - FOTOLAR

Ötən illərə nisbətən bu il havaların isti və yağıntısız keçməsi bir sıra fəsadlara səbəb olub. Məsələn Respublikanın cənub zonasında çayçı fermerlər quraq havalardan əziyyət çəkirlər. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Lənkəran və Astara rayonlarında çayçılıqla məşğul olanlar deyirlər ki, məhz iyul-avqust aylarında çay kollarının məhsuldarlıq dövrü olduğundan çay sahələrinin daha çox suvarılmasına ehtiyac var.

"Astaraçay" MMC-nin Hirkan çayobası sahəsinin sahə rəisi Şəhadət Mahmudovun sözlərinə görə, yeni əkilmiş çay sahələrinin vəziyyəti ürəkaçan deyil: "Bizim hal-hazırda Hirkan çayoba ərazisində 105 hektar çay sahələrimiz var. Sahələrdə su çatışmazlığı ucbatından çay kollarında saralma-yanma var. Xanbulançay dəryaçasında suyun az olması səbəbindən çay sahələrimiz ağır vəziyyətdədir".

"Biz öz hesabımıza süni yaradılmış göllərdən su çəkərək 2011-ci ildə əkilmiş 50 hektara yaxın çay sahələrini vəziyyətdən çıxara bilmişik. Məhsuldarlıq aşağı düşüb, çay yarpaqlarını yığa bilməmişik. 100 minlərlə manat dəyərində şirkətə ziya dəyə bilər. Ötən il isə iyul ayına qədər 100 ton çay yığıb fabrikə təhvil vermişdik" — deyir Ş.Mahmudov.

Yuxarı Xanbulançay Hodroqovşağı İstismar İdarəsinin rəisi Allahyar Salayev isə danışır ki, bu il Yuxarı Xanbulançay su anbarına 29 milyon kub metr su yığa biliblər: "Halbuki su anbarının ümumi tutumu 52 milyon kub metr təşkil edir. Bunun səbəbi payız-qış aylarında yağıntıların az olması və dağlarda qar örtüyünün olmaması ilə bağlıdır".

Onun sözlərinə görə, hazırda avqust ayıdır və suvarma mövsümü başa çatmaq üzrədir, amma Xanbulançay su anbarında cəmi 6 milyon kub metr su ehtiyatı var: "Su ehtiyatımız az olsa da, növbəli sistemdə işimizi qurmuşuq və bunun vacibliyi barədə fermerlərə və digər su istehlakçılarına məlumat vermişik. Bu rejimi yaratmaqla sudan səmərəli istifadə etmək olar".

"Onu da qeyd edim ki, Xanbulançay su anbarı suvarmadan başqa Lənkəran şəhərinin əhalisini də içməli su ilə təmin edir. Bu su anbarından başqa Lənkərançay çayı da bizim əsas su mənbələrimizdən biridir. İyul-avqust aylarında Lənkərançayda su sərfi azalaraq 1.5-2 kub metrə çatır. Lakin builki quraqlığa görə Lənkərançayda su sərfiyyatı 0.5-0.8 kubametrə enib. Yağıntılar düşəcəyi təqdirdə isə növbəli sistemlə deyil, suyu istehlakçılara normal qaydada verəcəyik".

A.Salayev onu da bildirir ki, gələcəkdə eyni çətinliklərlə üzləşməmək üçün istər "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti (ASC), istərsə də Lənkəran rayon rəhbərliyi qarşısında su ehtiyatları yerlərinin yenidən qurulması, su qurğularının təmiri, su kanallarının çəkilməsi və təmizlənməsi məsələlərini qaldırıblar: "Bu məsələlər öz həllini tapacağı təqdirdə gələcəkdə quraqlıq baş verdiyi halda problem yaşanmayacaq".

YENİ ƏKİLMİŞ ÇAY SAHƏLƏRİNİN VƏZİYYƏTİ
Lənkəranda çayçıların ümidi yağış duasıdır... - FOTOLAR
Lənkəranda çayçıların ümidi yağış duasıdır... - FOTOLAR
Lənkəranda çayçıların ümidi yağış duasıdır... - FOTOLAR
Lənkəranda çayçıların ümidi yağış duasıdır... - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ