SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əbülfəs Qarayevin ştat satan, “ölü can” saxlayan, jurnalist söyən kadrı kimdir? - Ağstafada...

Əbülfəs Qarayevin ştat satan, “ölü can” saxlayan, jurnalist söyən kadrı kimdir? - Ağstafada...

Tarix:

21-06-2018, 09:48

/ 1 463 dəfə oxundu.
Əbülfəs Qarayevin ştat satan, “ölü can” saxlayan, jurnalist söyən kadrı kimdir? - Ağstafada...

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi rəisi bəzi internet portallarında öz fəaliyyətini mədh etdirir

Qazax, Tovuz və Ağstafada mədəniyyət abidələri, kitabxanalar, klublar diqqətdən kənarda qalıb, rəis özünü təriflədir.

Bu haqda bir neçə xəbər saytında yazılar görmək olar. Hərçənd ki, Mədəniyyət və Turizm Nazirliyi (MTN) hər üç bölgədə yoxlama aparmaqla regional idarə rəisinin fəaliyyətini aydınlaşdıra bilər.

Ağstafa Regional Mədəniyyət və Tuirizm İdarəsinin rəisi Ramiz Quliyev hər üç regionda mədəniyyət klublarının, kənd kitabxanalarının vəziyyətini öyrənə bilər.

Amma problemlər olduğu kimi qalmaqdadırlar. Əvəzində isə mətbuatda yazılmış iddialara görə, həmin kitabxanaların, mədəniyyət ocaqlarının ştatda göstərilən işçiləri var.

Onların bəzilərinin əmək haqlarının isə Ağstafa Regional Mədəniyyət və Tuirizm İdarəsinin divarlarından kənara çıxmadığı iddia edilir.

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinə rəhbərlik edən, həmçinin ixtisasca mühəndis olan, eyni zamanda adı çəkilən qurumun tabeçiliyində fəaliyyət göstərən turizm və istirahət mərkəzlərində, mədəniyyət müəssisələrində, klublarda və digər sahələrdə əmələ gələn problemlərə “mühəndis prizması”ndan yanaşan Quliyev Ramiz Məmmədhəsən oğlu tənqidi sevmir.

Məsələn, sizinxeber.com-da gedən məlumata görə, R.Quliyevin şəxsi maraqlarının həlli naminə atdığı addımları KİV nümayəndələri ictimailəşdirir. Bu zaman o, jurnalistləri rı “topa tutur”, ünvanlarına nalayiq söyüşlər söyməkdən çəkinmir.

Hətta o, Sizinxeber.com xəbər portalının və digər media qurumunun əməkdaşı ilə üzbəüz görüşərkən “məndən bu günə kimi çox yazıblar, yazan jurnalistlərin var-yo...u” deməkdən də ehtiyat etməyib.

Buna da əsas səbəb, KİV nümayəndələrinin onun iç problemlərini arayıb-axtarmaları və az sonra da ictimailəşdirmələri olur.

Ümummilli lider Heydər Əliyev “mənim bilmədiyim həqiqətləri üzə çıxaran hər bir jurnalistə minnətdaram” demişdi.

Azərbaycan prezidenti cənab İlham Əliyev isə jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı “jurnalistlər mənim köməkçilərimdir” deməklə, bir daha KİV nümayəndələrinə qarşı bəlli münasibətini ortaya qoydu.

Ötən il şikayətçi Gövhər Hacıyeva MTN rəhbəri Əbülfəs Qarayevə və I vitse-prezidentə müraciətində Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi rəisini ifşa etmişdi.

Bildirmişdi ki, 20 ildən artıqdır mədəniyyət sahəsində çalışır: “Ramiz Quliyev ilk iclasda əlimizi-ayağımızı yerdən-göydən üzdü, bütün ümidlərimizi puç etdi.

Belə ki, Ramiz Quliyevin ilk sözü bu oldu ki, rayonlarda mədəniyyət şöbələrinin ləğv olunması və Regional İdarənin yaranmasının əsas səbəbi odur ki, dövlət çöküb, iqtisadiyyat zəifləyib, büdcədə pul yoxdu.

Bütün sahələrdə ixtisar getdiyi kimi mədəniyyət şöbələrində də xeyli ixtisar gedəcək. Yəni beş nəfərdən üç nəfəri işdən azad ediləcək.

Bizə tapşırıldı ki, idarənin adının dəyişdirilməsi ilə əlaqədar bütün işçilər yenidən işə qəbul olunmaları üçün Regionun rəisi Ramiz Quliyevə rəsmi olaraq ərizə yazmalıdırlar. Ramiz Quliyev vəzifəsindən asılı olmayaraq bəzi işçiləri təqaüdə göndərdi, bir qrup işçini isə işdən azad etdi. Biri də mənəm.

Lakin heç bir ay keçməmiş esitdik ki, Ramiz Quliyev işdən azad etdiklərinin yerinə yeni işçilər götürür. Bu işdə də ona müavini Gülgün Kərimov kömək edir.

Çünki Gülgün müəllim uzun müddət mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb, Ağstafada hamı onu tanıyır.

Bu işdə də Ramiz Quliyevə ondan əlverişli köməkçi ola bilməz. Mən biləndə ki, mənim də yerimə işçi götürüblər öz narazılığımı bildirdim.

İşlədiyim kitabxananın müdiri söylədi ki, sənin ştatın nazirliyin əmri ilə ləğv olunub. Mən Ramiz Quliyevdən həmin ştatı min manat verib yenidən almışam. İndi kimi istəsəm onu da isə götürəcəm.

Regional Mədəniyyət və Turizm İdarəsi Ramiz Quliyevin şəxsi şirkəti və ya idarəsidirmi ki, bura da ştat alveri edir”.

Bütün bu iddialar, faktlar və ittihamlarla bağlı hörmətli R.Quliyevin mövqeyini işıqlandıra bilərik.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ