SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Biləsuvar sakini nədən narazılıq edir?

Biləsuvar sakini nədən narazılıq edir?

Tarix:

25-02-2017, 12:34

/ 1 517 dəfə oxundu.
Biləsuvar sakini nədən narazılıq edir?

Redaksiyamıza Biləsuvar rayonu sakini Vüsal Abbasov tərəfindən şikayət olub. Həmin şikayətdə bildirilir ki, Vüsal Abbasovun həyat yoldaşı Ramidə Həmidova 2009-cu ildən bu yana böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Xəstənin müalicə prosesində yüksək qiymətləri olan dərmanlardan istifadə etmək lazımdır, ancaq sözügedən ailənin maddi durumu yaxşı olmadığına görə onlar Səhiyyə Nazirliyi tərəfindən dializ xəstələri üçün ayrılan pulsuz dərmanlardan istifadə edirdilər.
Son günlər isə onlar Biləsuvar rayon mərkəzi xəstəxanasına müraciət etsələr də, həmin dərmanları ala bilmirlər.

Sözügedən dərmanların nəyə görə ehtiyac olandan daha az verildiyini öyrənmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.

İcra Hakimiyyətindən isə bildirildi ki, bizdəki məlumatlara görə rayon mərkəzi xəstəxanasında heç bir problem yoxdur. Vüsal Abbasov dünən özü icra hakimiyyətində olub və biz onunla bu barədə danışmışıq. Qeyd edək ki, Ramidə Həmidova 2 uşaq anasıdır.

Şərhlər

XƏBƏR LENTİ