SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İşdən qanunsuz azad edilən müəllim direktordan şikayətçidir - NAZİRƏ MÜRACİƏT

İşdən qanunsuz azad edilən müəllim direktordan şikayətçidir - NAZİRƏ MÜRACİƏT

Tarix:

15-05-2018, 13:31

/ 2 163 dəfə oxundu.
İşdən qanunsuz azad edilən müəllim direktordan şikayətçidir - NAZİRƏ MÜRACİƏT

Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşayan Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbin sabiq informatika müəllimi Eminov Neman Bayram oğlu üzləşdiyi qanunsuzluqlarla bağlı təhsil naziri Ceyhun Bayramova müraciət edib.

Müraciətinin bir surətini Gununsesi.info-ya yollayan sabiq müəllimin məktubunu təqdim edirik:

Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin töhmətini alan Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinin direktoru nə səbəbə bu günə kimi direktor vəzifəsində saxlanılır?

Qeyd: Direktor Mətanət Əliyevanın adının xüsusi əmrlə məktəbin, rayonun müəllimlər şəbəkəsindən çıxarılması Əmrini (əmr kitabında sabiq direktor rəhmətlik Rəqibə Rüstəmovanın dövrü yoxlanılsın) Szidən xahiş edirəm araşdırasınız. Direktor Mətanət Əliyevanın müəllim vəzifəsinə yenidən bərpa olunması da qanunsuz həyata keçirilib. Belə ki, Təhsil Nazirliyinin müsabiqə test imtahanından keçməyib, elektron ərizə belə verməyib. Birbaşa ixtisası rus-dili müəllimliyi ola-ola ibtidai sinifdə dərs demək məqsədi ilə (rəhmətlik Nüşabə müəllimənin sinifinə) texnalogiya, təsviri incəsənət, musiqi fənləri tədris etmək üçün 04(dörd) saat dərs saatı ilə təmin olunub, müəllim vəzifəsinə gətirilib. Kurikulum kursundan keçmədən, sertifikat almadan ibtidai sinifdə bu fənləri tədris etmişdir. Bu qanuna uyğundurmu?

Qızı Həsənova Fidan Həsən qızı mənim şagirdim olub. Fidan Həsənova tamamilə başqa ixtisas üzrə təhsil alıb, ali təhsil sənədi psixoloq olmaya-olmaya hal-hazırda bu məktəbdə psixoloq vəzifəsində çalışır. Bu qanuna uyğundurmu?

Goranboy rayonu Xanqərvənd kənd tam orta məktəbinin direktoru və müavini vəzifəsində yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən Sizin göstərişinizlə obyektiv araşdırılmadan sonra vəzifələrindən 30.04.2018-ci il tarixində azad edildilər.

Ümid edirəm ki, Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində və direktor barəsində olan nöqsanlar obyektiv araşdırılacaq, ədalətlilik bərpa olunacaq, şəffavlıq təmin ediləcək.

Şərhlər

XƏBƏR LENTİ