SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqan təhsil işçiləri qanunsuz "rüşvət" yığımına təhkim edilir...

Beyləqan təhsil işçiləri qanunsuz "rüşvət" yığımına təhkim edilir...

Tarix:

11-05-2018, 17:20

/ 1 460 dəfə oxundu.
Beyləqan təhsil işçiləri qanunsuz "rüşvət" yığımına təhkim edilir...

Beyləqan TŞ-nin müdir müavini Hüsaməddin Babayev Xurman Rüstəmovanın vəzifədən kənarlaşdırılmasına çalıışır.
X.Rüstəmovanın məzuniyyətdən dönməsindən sonra "üç muşketyor"una xanım müdirəni gözdən salacaq informasiyaları özlərinə yaxın mətbuatda dərc etdirmək tapşırığı verib.
Ölkə mətbuatı bir neçə gün əvvəl Beyləqan rayon Təhsil şöbəsində, müdir müavini Hüsaməddin Babayevin məktəb direktorları üzərinə üç müfəttişi vasitəsilə səlib yürüşü təşkil etməsi ilə bağlı məlumat dərc etmişdi Məlumatda bildirilirdi ki, Beyləqan rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın bir müddət əvvəl səhhəti ilə bağlı məzuniyyətə çıxmasından sonra Hüsaməddin Babayev RTŞ müdirəsinin müavini olaraq müvəqqəti onu əvəz etdi. Rayon Təhsilində fəaliyyət göstərən direktorlardan daxil olan məlumatda bildirilirdi ki, Hüsaməddin Babayevin şöbəyə müdir əvəzi təyinatından qısa müddət sonra TŞ-nin müfəttişləri Suliddin Əsgərov, Tahir Babayev və İkram Cəlilovdan ibarət üçlük şəhər və kənd məktəblərinin kütləvi yoxlanılmasına start veriblər. Redaksiyaya məlumat verən mənbənin bildirdiyinə görə rayon təhsil şöbəsinin müdir əvəzinin müvafiq göstərişi ilə başladılan yoxlama kampaniyası əsasən pul tələsidir. Belə ki, hər üç müfəttiş "yoxladıqları" məktəblərin şagird və müəllim kollektivinin sayını nəzərə alaraq müdir əvəzinin göstərişinə əsasən 300, 500 və 1000 manatlıq "hörmət" paketi tələb edirlər. Hətta məktəb direktorları Hüsaməddin Babayevin "üç muşketyor"dan ibarət yoxlamasını öz aralarında "P əməliyyatı" da adlandırırdılar. Rayon Təhsilində olan mənbədən redaksiyaya daxil olan məlumatda bildirilir ki, artıq 3 şöbə müdiri yola salan Hüsaməddin Babayev Xuraman Rüstəmovanın da yola salınması üçün ciddi fəaliyyətə keçib. Belə ki, X.Rüstəmovanın məzuniyyətdən dönməsindən sonra "üç muşketyor"una xanım müdirəni gözdən salacaq informasiyaları özlərinə yaxın mətbuatda dərc etdirmək tapşırığı verib. H.Babayev mətbuatın onunla bağlı dərc etdiyi məlumatları Xuraman Rüstəmovanın adına yazmaq tapşırığını verdiyini deyən mənbə, əlavə olaraq bildirdi ki, bu məsələdə məqsəd xanım müdirəni vəzifəsindən kənarlaşdırmaq məqsədi daşıyır.
Təsüflər olsun ki, Təhsil Nazirliyinin mediada yayımlanan faktlara münasibəti bir mənalı deyil. Beləki, nazirlik rəsmilərinə məktub ünvanlayan media qurumlarına belə rəsmi cavab verilməyir.

Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən müəssisə və şəxslərində mövqelərini dərc edə bilər.

CiaNews.info

Şərhlər

XƏBƏR LENTİ