SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Taleh Qaraşov bu dəfə özünü cəncələ salıb... - İTTİHAM VAR

Taleh Qaraşov bu dəfə özünü cəncələ salıb... - İTTİHAM VAR

Tarix:

24-02-2017, 12:44

/ 2 298 dəfə oxundu.
Taleh Qaraşov bu dəfə özünü cəncələ salıb... - İTTİHAM VAR

Taleh Qaraşovun Lənkəranın səfalı güşəsi olan Xanbulanda aldığı imarət Lənkaranda dillər əzbərinə çevrilib. Deyilənlərə görə bu malikanə vaxtilə adlı - sanlı bir məmura məxsus olub. Sonradan həmin villanın yaxınlığında ölkə başçısının istirahəti üçün malikanə tikilib. Həmin tiklinin də ucaldılmasının məqsədi olkə başçısının cənuba səfərləri zamanı istirahət etməsi kimi nəzərdə tulub. Taleh Qaraşov isə Lənkarana təyinat alandan sonra ilk işi olkə başçısının malikanəsinin yanında yerləşən yuxarda qeyd etdiyimiz imarəti alaraq özəlləşdirib. Cənab Qaraşovun həmin imarəti yüksək səviyyədə təmir etdirdiyi də gələn xəbərlər arasındadır.
Verilən məlumata görə, hazırda həmin villasında yaşayan icra başçısı üçün Xanbulanın havası olduqca həm əlverişli həm də ki, maraqlıdı. Lənkəranın şefi şəhərin ən bahalı və əlçatmaz yerində imarətə sahib olması yerli sakinlər arasında söhbətlərətə səbəb olub.

Mənbəmizin iddiasına görə, uzun müddətdir ki, Lənkəran əhalisi Taleh Qaraşovun belə hərəkəti onun vəzifəsindən uzaqlaşdırılacağını müjdələyən xəbəri gözləyir. Qaraşovun villa almasındandan sonra rayon əhalisi arasında onunnəinki vəzifəsindən olacağı hətta fəaliyyətinin yoxlanacağı belə geniş şəkildə müzakirə olunub. Rayon ağsaqqallarının dediyinə görə özünü prezidentlə müqayisə edən bir icra başçısının belə bir hərəkəti əlbəttdə ki, cavabsız qalmamalıdı. Digər tərəfdə aylarla işə çıxmayan qəbulunda əlil və aztəminatlı ailələri aylarla gözlətdirən, radikal dindarlara meydan verən, başı balıq və kürü bznesinə qarışan rayon rəhbərində Lənkaranlılara xeyir gəlməz deyən bəzi yerli gənclər prezidentin belə vəziyyətə müdaxilə etməyini də bildirirlər. Çünki belə getsə rayonda olan acınacaqlı vəziyyətdə istifadə edən bəzi nankorları ölkə başçısına qarşı qışqırdıb AZADLIQ istədəcəklərini deyən mənbə rayonda ictimai-siyasi narazılığın vüsət aldığını və sosial halın elədə yaxşı olmadığınıda bildirir. Bu səbəbdən də Lənkaran rayonu PA-nı siyahısında ən çox şikayət olunan rayonlar sırasındadır.

Qaraşov Taleh Azay oğlu 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur[1].

1981-1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı “Şirvanmeliosutikinti” trestində mühəndis, 1982-1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986-1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991-1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, 3 övladı var.

Azerinews

Şərhlər

XƏBƏR LENTİ