SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Arif Seyidovun fəaliyyətsizliyi: Göygölün “kralı” bayramdan çıxmayıb

Arif Seyidovun fəaliyyətsizliyi: Göygölün “kralı” bayramdan çıxmayıb

Tarix:

1-05-2018, 09:41

/ 2 983 dəfə oxundu.
Arif Seyidovun fəaliyyətsizliyi: Göygölün “kralı” bayramdan çıxmayıb

Göygölün icra başçısı Arif Seyidovun fəaliyyətsizliyi yerli camaatı da, ölkə rəhbərliyini də narazı salıb

Daxil olan xəbərdə bildirilir ki, illərdir ölkənin səfalı guşəsində inkişaf, irəliləyiş yoxdur.

Gəncə, Goranboy, Yevlax, Bərdə kimi regionlarda az-çox hansısa işlər həyata keçirilib. Bu işlər vətəndaşları narazı sala bilər. Amma ən azından aktivlik müşahidə olunub.
Parklar tikilib, binalar təmir olunub, yollar yeniləşib, kosmetik dəyişikliklər gerçəkləşib. Amma Göygöldə heç bunları da həyata keçirməyiblər.
A.Seyidovun fəaliyyətsizliyi nəticəsidir ki, Göygöl kimi turizm potensialı olan, sahibkarlıq, iş yerləri üçün münbit şərait olan bölgə tənəzzül etməkdədir.
Prezident A.Seyidova Göygölü həvalə edib ki, insanların istəklərini təmin etsin. Elə Göygöl RİH-nin rəsmi saytına nəzər yetirəndə də fəaliyyətsizlik hiss olunur.
Elektron səhifədə sonuncu xəbər budur ki, Göygöldə Novruz bayramı keçirilib. Artıq may yaxınlaşır və əksər RİH-lərinin saytlarında görüşlər, qəbullar haqda məlumatlar var.
A.Seyidov isə hələ də bayramdan çıxmayıb. Bu ilin yanvarında yayılan məlumatlarda isə deyilir ki, A.Seyidov 2006-cı ildən Göygölə rəhbərlik edir.
Onun bu vəzifəyə təyinatında rolu olan yüksək rütbəli şəxs də artıq yeni kadrını bu posta gətirmək istəyir. Çünki A.Seyidov etimadı doğrultmur və onu prezidentin yanında gözükölgəli edir.
Xatırladırıq ki, bu günlərdə A.Seyidovdan şikayət yuxarılara ünvanlanıb.
Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Kəlbəcərdən olan məcburi köçkün ailəsinin evini sökdürür.
Bu barədə ailənin başçısı Akif İsgəndərov məlumat verib. Bildirib ki, 2009-cu ildə Xanlar qəsəbəsindən sənədlə aldığı torpaqda tikdiyi ev icra başçısıyla bələdiyyə arasındakı problemlə görə sökülür:
“Həmin ildə pul verib Göygöl rayon Xanlar qəsəbəsindən 8 sot torpaq almışam. Torpaq da mənə sənədlə verilib. Elə 2009-cu ildə də ev tikmişəm. Artıq 5 ildir ki, həmin evdə yaşayırıq.
İndi bələdiyyə ilə icra hakimiyyəti arasında hansısa problem yaranıb. Aralarında pul davası var. Ona görə də bələdiyyə mənim evimi sökdürür”.
Mətbuatdakı bəzi xəbərlərə görə, Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı Məharət Mustafa oğlu Mustafayevin vəzifəsindən uzaqlaşdırılması faktı Elmar Vəliyevlə Arif Seyidovu əsl düşmənə çevirib.
Belə ki, Gəncə RİH başçısının ən yaxın adamlarınmdan olan Məharət Mustafayevin “vurulmasında” Göygöl rayon icra başçısı Arif Seyidovun böyük rolu olub. Arif Seyidovun Məharət Mustafayevə qəzəbinin kökündə isə bir insident dayanıb.
Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, Nizami rayon icra hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev Göygöl rayonunda bələdiyyə sədri vəzifəsində çalışan şəxsi (adını və soyadını dəqiqləşdirə bilmədik-red)döyüb.
Həmin bələdiyyə sədri isə Göygölün icra başçısı Arif Seyidova yaxın şəxslərdən olub. Bundan sonra isə Arif Seyidov bütün imkanlarını səfərbər edərək Məharət Mustafayevin vəzifədən çıxarılmasına nail olub.

RİH-nin mövqeyini dərc etməyə hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ