SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Salyanın kiçik oliqarxı Tahir Yusifovdan şikayət var

Salyanın kiçik oliqarxı Tahir Yusifovdan şikayət var

Tarix:

9-03-2018, 09:56

/ 2 470 dəfə oxundu.
Salyanın kiçik oliqarxı Tahir Yusifovdan şikayət var

Dövlət büdcəsini talayaraq milyonçuya çevrilən Salyan Suvarma Sistemləri İdarəsini müdirinin başı vətəgələrdən haqq yığmağa qarışıb
Salyan rayonunun əksər kəndlərində əkin sahələrinin suvarılması ilə bağlı ciddi problemlər yaşanır. Bu barədə daxil olan məlumatlarda deyilir ki, Salyan Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun şəxsi maraqları əkin sahələrinin susuzluqdan məhv olmasına gətirib çıxarıb.
Rayon camaatı dəfələrlə Tahir Yusifovun əməlləri barədə İcra Hakimiyyətinə şikayətlər etsələr də, heç nəyə nailola bilməyiblər. Əksinə, əkin sahələrində su problemi getdikcə dərinləşir. Salyan sakinləri iddia edirlər ki, rayon Suvarma Sistemləri İdarəsinin müdiri onlara çatacaq suyu balıq vətəgələrinə verməklə özünə yaxşı qazanc əldə edir. Demək olar ki, yay aylarında suyun böyük əksəriyyəti balıqçılıqla məşğul olan təsərrüfatlara axıdılır. Tahir Yusifov iri balıqçılıq təsərrüfatlarının sahibləri ilə anlaşaraq, onlara verdiyi bol suyun qarşılığında yaxşı "haqq" alır.
Bildirək ki, Salyan rayonunda Tahir Yusifovu “dollar Tahir” ayaması ilə çağırırlar. Uzun illərdən Salyan Suvarma Sistemlərində müdir vəzifəsində çalışan Tahir Yusifov “stajlı korrupsioner məmur” kimi tanınır. Məhz onun müdir işlədiyi dövrlərdə Salyan Suvarma Sistemləri İdarəsi demək olar ki, rayonda bir nömrəli korrupsiya yuvasına çevrilib.
Bir neçə icra başçısını yola salan Tahir Yusifovun bir vaxtlar icra başçısı olmaq belə istəyində olduğu da deyilir. Salyanda yayılan söz-söhbətə görə, idarə müdiri Bakıdakı yaxın dostlarının vasitəsi ilə hakimiyyətdəki bəzi yüksək vəzifəli şəxslərlə əlaqəyə girib bu məsələ barədə danışıqlar da aparıb. Lakin "dollar Tahir"in bu istəyi reallaşmayıb və onun icra başçısı təyinatının üstündən birdəfəlik xətt çəkilib. Verilən məlumata görə, Salyan rayonuna icra başçısı təyin edilən Sevindik Hətəmov ilk vaxtlar Tahir Yusifovu vəzifədən çıxartmaq istəyirmiş. Ancaq sonrada o, başçı ilə anlaşaraq dollar “sandığının” ağzını açıb.
Tahir Yusifovun yaxın qohumunun verdiyi məlumata görə, idarə müdiri vəzifəsində icra başçısının ona həvalə etdiyi işlərə umumilikdə 200 min manatdan çox xərc çəkib. Belə ki, Suvarma Sistemləri İdarəsinin müdiri Salyan şəhər mərkəzində bir çox yerlərdə abadlıq quruculuq işləri ilə məşğul olub.
İdarə müdirinin abadlıq işlərində xəsis olmadığını görən Sevindik Hətəmov isə onu vəzifəsində saxlayıb. Məlumatda görə, “dollar Tahir"in Meliorasiya və Su Təsərrüfatı ASC-də böyük "hörməti" var. Onun məmurlara qarşı pul xərcləmək səxavəti ASC-nin rəhbərliyini çox məmnun edir.
Salyan Suvarma Sistemləri İdarəsinin hesabına “kiçik oliqarxa” çevrilən Tahir Yusifovun sərvətininin isə sayı-hesabı yoxdur. Onun paytaxt Bakıda 7-8 evinin, Salyan şəhərində bir neçə obyekti, Lənkəranda və Qubada dəbdəbəli imarəti, rayonda böyük balıqçılıq vətəgələri və xeyli bilmədiyimiz mal-mülkü mövcuddur.

Mənbə: AzFakt.com

Şərhlər

XƏBƏR LENTİ