SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısının xanım müavini xidməti avtomobili ilə qəzaya düşüb –Beyləqanda (FOTO)

İcra başçısının xanım müavini xidməti avtomobili ilə qəzaya düşüb –Beyləqanda (FOTO)

Tarix:

4-03-2018, 17:33

/ 2 601 dəfə oxundu.
İcra başçısının xanım müavini xidməti avtomobili ilə qəzaya düşüb –Beyləqanda (FOTO)

Dünən Beyləqan Rayon İcra Hakimiyyəti başçısınn müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytən Mirzəyavanın xidməti avtomobili rayon ərazisində qəzaya düşüb. Bu barədə məlumatı saytımıza rayondakı mənbələr verib. Bildirilir ki, icra başçısının xanım müavininə məxsus olan 11 AA 055 dövlət nömrə nişanlı avtomobilə ciddi zərər dəyib. Ən maraqlısı isə budur ki, baş verən qəzanın gizlədilməsi ilə bağlıdır. Belə ki, qəzada sonra xanım müavinə məxsus xidməti avtomobil icra hakimiyyətinin həyətinə gətirilərək, gizlədilib. Həmin məlumatlarda qeyd olunur ki, qəza baş verən zaman Aytən xanımın özü də xidməti avtomobildə olub. Onun xəsarət alıb-almaması barədə dəqiq məlumat əldə edə bilmədik. Hazırda azinforum.az -a təqdim olunan fotodan görünür ki, xanımın müavinin xidməti avtomobilinə arxa hissədən ciddi zərər dəyib. Hadisə ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyəti aparatı ilə əlaqə saxlamağa cəhd etsək də, qarşı tərəf zənglərimizə cavab vermədi.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
İcra başçısının xanım müavini xidməti avtomobili ilə qəzaya düşüb –Beyləqanda (FOTO)
İcra başçısının xanım müavini xidməti avtomobili ilə qəzaya düşüb –Beyləqanda (FOTO)
İcra başçısının xanım müavini xidməti avtomobili ilə qəzaya düşüb –Beyləqanda (FOTO)

Şərhlər

XƏBƏR LENTİ