SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı Lənkəranın Fəvvarələr meydanını da satdı - ilin siftəsi...

İcra başçısı Lənkəranın Fəvvarələr meydanını da satdı - ilin siftəsi...

Tarix:

8-01-2018, 09:39

/ 1 517 dəfə oxundu.
İcra başçısı Lənkəranın Fəvvarələr meydanını da satdı - ilin siftəsi...

Yeni ilin Lənkəran üçün "gözəl" xəbəri məşhur memarlıq abidəsi "Çay evi" nin qarşısının tamamilə satılması oldu.
Rayondan verilən xəbərdə bildirilir ki, nəticədə gözəl bina görünməz vəziyyətə düşüb.
Lənkəranın Fəvvarələr meydanı sayılan hissəsi arxitektura baxımından böyük zərbə aldı. Şəhər sakinləri soruşurlar ki, daha satılmayan hansı səki, park qaldı?!
Məlumatda bildirilir ki, Lənkəranın icra başçısı Taleh Qaraşov "Çay evi"nin qabağını sataraq ilin ilk özbaşınalığına imza atıb.
Onun fəaliyyəti dövründə gözünə boş görünən hansı sahə varsa, satışa çıxarır. T.Qaraşovun Lənkərana qarşı hikkəsinin, qəzəbinin səbəbi bilinmir.
Bu acgözlüklə şəhəri qarış-qarış peşkəş edən rayon rəhbərliyi bütün tarixi, arxitekturanı, mənzərəni məhv edir. Rayondakı "Çay evi" tarixi məkandır.
Amma icra başçısı aldığı pulla fərq qoymadan istənilən yeri satmağa hazırdır. Mərkəzi Qala küçəsində yol üstü, Nizami kinoteatrının yeri, uşaq xəstəxanasının binası, gimnaziyanın həyəti, Şilavar torpaqları satılıb.
Lənkəran taleyində Taleh Qaraşov qədər rayonu tar-mar edən ikinci icra başçısı görməmişdi. Hətta indi Süleyman Mikayılova şükür edən rayon sakinləri hazırkı icra hakiminin əməllərindən cana doyub.
Çünki Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar.
Elə axırıncı dəfə Lənkəran rayon Mərkəzi Xəstəxanasının qabağı satılıb. Verilən məlumatda deyilir ki, icra başçısının sərəncamı ilə satılan yerdə aptek, dükan və s. iaşə obyektləri tikilir.
Səhiyyə Nazirliyi də təsdiqləyib ki, ərazinin satan tərəf Lənkəran RİH-dir. Azərbaycanın heç bir bölgəsində xəstəxanaya gedən yolun qabağı satılmayıb.
Rayondan verilən xəbərdə bildirilir ki, lənkəranlılar T.Qaraşov kimi icra başçısı görməkdiklərini qeyd edirlər.
T.Qaraşov Qala deyilən mərkəzi küçədə yol üstünü satıb və iki mərtəbəli bir bina tikilib. Bundan başqa, Nizami kinoteatrının binası da sökülüb və yerində tikinti aparılıb.
Eyni zamanda Lənkəran uşaq xəstəxanasının binası satılıb və yerində hotel-restoran tikilib. Bu binanın özəlləşdirilməsində deputat Hadı Rəcəblinin adı keçir.
Habelə, Digəh, Şilavar kəndlərinin yol üstündə torpaqlar peşkəş olunub, bələdiyyənin iştirakı ilə ayrı-ayrı adamlara satılır.
İcra başçısı Lənkərana böyük bir bazar kimi baxır və gözqamaşdıran yerləri satışa çıxarır. Üstəlik, dotasiyaların kəsilməsi Lənkəran RİH-ni kasıblaşdırıb və icra başçısı çıxış yolunu daxili resursların xərclənməsində görür.
Taleh Qaraşov rayondakı bütün əraziləri peşkəş etdikdən sonra Xarici Dillər Təmayüllü Gimnaziyanın ərazisinə göz dikib. Məktəb rəhbərliyinə isə meydançadan istifadə etmək qadağan edilib.
Bir neçə il Neftçala və Astara rayonlarında icra başçısı olan, bu illər ərzində daşı daş üstünə qoymayan Taleh Qaraşov indi Lənkəranda eyni əməllərini davam etdirməkdədir.
Əslində Taleh Qaraşovun rayonları hansı sistemlə idarə etdiyi, daha doğrusu nə etməık istədiyi heç kimə bəlli deyil.
Hələ Neftçalada olarkən torpaqları kimə və neçəyə gəldi satan T.Qaraşov indi bu əməlini Lənkəranda da davam etdirir.
Əlbəttə, sonluq Neftçalada olduğu kimi, Lənkəranda da onu qətiyyən maraqlandırmır. Bir müddət əvvəl Taleh Qaraşov icra hakimiyyətinin binası qarşısındakı xiyabanı dağıtmaqla gündəmə gəlmişdi.
Həmin vaxt mediada dərc olunan məlumatlardan aydın olurdu ki, icra başçısının göstərişilə nadir ağaclar kütləvi şəkildə məhv edilir. Kəsilən ağacların yerində isə ticarət obyektləri tikilir.
Ekologiya və Təbii Sərvətlər Hazirliyi də xiyabanın məhv edilməsinin qanunsuz olduğunu bildirmişdi. Lakin bununla belə Taleh Qaraşov bu qanunsuzluğu dayandırmamışdı.
İş o yerə çatdı ki, Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondununu vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi etdiyi İDEA təşkilatı məsələyə qarışdı.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ