SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Goranboyun icra başçısından prezidentə ŞİKAYƏT

Goranboyun icra başçısından prezidentə ŞİKAYƏT

Tarix:

16-02-2017, 20:14

/ 2 752 dəfə oxundu.
Goranboyun icra başçısından prezidentə ŞİKAYƏT

Goranboyun Yeni yol kənd sakini Ələsgər Əlioğlu rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevdən prezident İlham Əliyevə şikayət edib.

Şikayətçi icra başçısının qanunsuz əməlləri, heç bir əsas olmadan işdən çıxarılmış oğluna qarşı haqsızlıqlar barədə dövlət başçısına məlumat verir və Nizaməddin Quliyevin cəzalandırılmasını xahiş edir.

Ələsgər Əlioğlu şikayət məktubunun sürətini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Baş prokuroru Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə ünvanlayıb. Həmin müraciəti təqdim edirik.

"Sizə yazdığım məktublardan bir cavab almıram. Görünür hansı səbəbdənsə gecikir. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin əməlləri ilə bağlı Sizə və ayrı-ayrı qurumlara müraciət etmişəm. Lakin Nizaməddin Quliyev bu müraciətlərin heç birinə məhəl qoymayıb, bizim ailəyə qarşı həyata keçirdiyi bəd əməllərindən çəkinməyib.

Mənim oğlum Təhməzov Əli Ələsgər oğlu 13 ildən artıq Goranboy rayon İcra Hakimiyyətində çalışıb, son vəzifəsi baş məsləhətçi olub. Lakin icra başçısı bir il altı aydan bəri oğluma qarşı şər-böhtan kampaniyasına başlayıb, yekunda rayon Polis Şöbəsinin, rayon Prokrorluğunun və rayon Məhkəməsinin araşdırmalarından sonra oğlumun günahsızlığı sübuta yetirilib. Vəziyyətin belə alındığını görən icra başçısı Nizaməddin Quliyev məhkəmənin qətnaməsindən qeyzlənərək heç bir əsas olmadan oğlumu 22.12.2016-cı iı tatixdə işdən azad edib. Elə həmin gündən başçının bu bu haqsızlığına dözməyən xəstə həyat yoldaşım Aslanova İradə Məhiş qızının səhhəti ağırlaşmağa başlayıb, ağır stress keçirib və 3 yanvar 2017-ci il tarixdə ağır mənəvi-psixoloji sarsıntılar içərisində dünyasını dəyişib.

Həyat yolaşımın ölümünə səbəbkar onsuz da adı dəfələrlə kriminal hadisələrdə hallanan Nizaməddin Quliyevdir. Bu fikrin sübutu üçün həyat yoldaşımın sağlığında, 07.10.2016-cı iı tarıxdə UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ünvanladığı məktubdan ikicə sətrə nəzər yetirmək kifayətdir: "...Bildirmək istəyirəm ki, mən bu ərəfələrdə həyatımı itirərəmsə, bunun səbəbkarı başçı Nizaməddin Quliyev, onun təxribatları və şər-böhtanları olacaq.”

Onu da qeyd edim ki, həyat yoldaşımın bu məktubu həmin ərəfələrdə ayrı-ayrı saytlarda da yerləşdirilib.

Mən Sizə müraciət etməklə bizim ailəni sarsıntılar və faciələr içərisində yaşamağa təhrik edən Nizaməddin Quliyevin cəzalandırılmasını istəyirəm. Və inanıram ki, Sizin prinsipal mövqeyiniz bu işin ədalətli həllinə münbit şərait yaradacaq".

Şərhlər

XƏBƏR LENTİ