SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabadda meşələr talanır: Direktorun mebel sexləri ilə nə əlaqəsi?

Cəlilabadda meşələr talanır: Direktorun mebel sexləri ilə nə əlaqəsi?

Tarix:

4-12-2017, 13:55

/ 1 456 dəfə oxundu.
Cəlilabadda meşələr talanır: Direktorun mebel sexləri ilə nə əlaqəsi?

Cəlilabad meşələri talanır. Bu barədə rayon sakinləri məlumat verib.

Sakinlərin iddialarına görə, Cəlilabad Meşə-Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Şahin Cəfərov bütün vasitələrdən istifadə edərək məşələri düşməncəsinə talayır. Belə ki, rayonun Meşhədihuseyn, Zopun, Burovar, Kovuzbulaq kənd ərazisindəki meşələr ucdantutma vəhəşicəsinə qirilaraq məhv edilib.
Hər ay rayonun xüsusi imtiyazli iş adamlari və məmurlara məxsus Mebel sexlərinə 100 min kub ağac insafsizcasina kəsilərək daşinir. Maraqlısı budur ki, Şahin Cəfərova gözün üstə qaşın var deyən yoxdur. Axı Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov çıxışlarında hər zaman meşələrin qorunması üçün lazımı göstərişlərini verir.
Lakin Cəlilabad Meşə-Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Şahin Cəfərov nəinki nazirin əmrini, hətta Ulu Öndər Heydər Əliyevin kəlamını belə xatırlamır. Görünür, özünə və yaxın çevrəsinə güvənən Ş. Cəfərovu biznes maraqlandırır. Digər bir məlumatda isə bildirilir ki, həmən meşə ərazidə narkodiklərin becərilməsi üçün lazımı şərait yaradılıb. Məlumatın nə qədər real oluğunu təbii ki, araşdırmalardan sonra bəlli olacaq.
Bir məsəl də var ki, “od olmayan yerdən tütü çıxmaz”. Bildirmək istəyirik ki, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov məsələnin araşdırılması üçün göstərişlərini verməlidir. Əks təqdirdə sözügedən rayonda meşələrin qırılması və məhv edilməsi adi hala çevriləcək. Əgər baş verən hadisə ilə bağlı heç bir tədbir görülməsə, deməli bütün təşkilatçısı məhz nazirin özüdür. Mövzüya yenidən qayıdacayıq.

Dosye.org

Şərhlər

XƏBƏR LENTİ