SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Füzulidə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilmişdir

Füzulidə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilmişdir

Tarix:

4-12-2017, 10:38

/ 2 579 dəfə oxundu.
Füzulidə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilmişdir

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev , Təhsil, Səhiyyə, Mədəniyyət sahələrində çalışan gənclər , orta məktəblərin yuxarı sinif şagirdləri , “N” saylı hərbi hissənin əsgərləri , Qarabağ müharibəsi veteranları və ziyalılar iştirak etmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışmışdır. Alı Alıyev bildirmişdir ki, Respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ciddi işlər görülür. Orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşlər təşkil olunur. Heydər Əliyev Mərkəzində şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, keçdiyi şərəfli ömür yolu barədə məlumat verilir. Alı Alıyev qeyd edib ki, rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin nəticəsidir ki, Füzuli rayonunda həqiqi hərbi xidmətə çağırış yüksək səviyyədə həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, hərbidən yayınma və fərarilik halları mövcud deyil. Alı Alıyev gənclərə ölkəmizi sevməyi , vətənin adını daim uca tutmağı, vətənpərvər gənclər kimi yetişməyi tövsiyyə etmişdir. Digər çıxış edənlər rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında görülən işlərdən , həyata keçirilən tədbirlərdən danışmışlar. Sonda bir qrup gəncə fəxri fərmanlar təqdim edilmişdir.
Füzulidə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilmişdir
Füzulidə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilmişdir
Füzulidə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilmişdir
Füzulidə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilmişdir

Şərhlər

XƏBƏR LENTİ