SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Füzulidə 12 Noyabr – Konstitusiya Günü qeyd olundu - FOTO

Füzulidə 12 Noyabr – Konstitusiya Günü qeyd olundu - FOTO

Tarix:

11-11-2017, 12:05

/ 86 830 dəfə oxundu.
Füzulidə 12 Noyabr – Konstitusiya Günü qeyd olundu - FOTO

12 Noyabr – Konstitusiya Günü münasibətilə Füzuli rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə rayon icra Hakimiyyəti başçısı Aparatının işçiləri, hüquq – mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

xalqxeber.az xəbər verir ki, tədbiri giriş sözü ilə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik etmişdir. Alı Alıyev bildirib ki, 1991-ci ilin avqusutnda Azərbaycan dövlət müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Konstitusiya Aktı qəbul etmişdir.
Alı Alıyev qeyd edib ki, xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq 12 noyabr 1995-ci ildə keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə qəbul olunmuşdur.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iri miqyaslı layihələr, o cümlədən aparılan hüquqi islahatlarının respublikamızı demokratik, hüquqi dövlət kimi dünyada tanıtdırdığını vurğulayan Alı Alıyev bu gün dövlətin bütün institutlarının Konstitusiyanın tələbləri əsasında formalaşaraq fəaliyyət göstərdiyini söyləyib.
Alı Alıyev 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i tarixinin Konstitusiya günü elan edildiyini diqqətə çatdırıb. Bildirib ki, müəllifi Ulu öndərimiz Heydər Əliyev olan Konstitusiyamız bundan sonra da Azərbaycanın tərəqqisinə xidmət edəcəkdir.
Digər çıxış edənlər 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyanın qəbulundan sonra ölkədə bir çox sahələrdə, xüsusən hüquqi dövlət quruculuğu və insan haqları sahəsində əhəmiyyətli dəyişikliklərin baş verdiyi vurğulayıblar.
Füzulidə 12 Noyabr – Konstitusiya Günü qeyd olundu - FOTO
Füzulidə 12 Noyabr – Konstitusiya Günü qeyd olundu - FOTO

Şərhlər

XƏBƏR LENTİ