SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda daha bir qalmaqal: İcra başçısı iş adamına 120 min manat “atıb” və ...

Beyləqanda daha bir qalmaqal: İcra başçısı iş adamına 120 min manat “atıb” və ...

Tarix:

31-10-2017, 14:44

/ 983 dəfə oxundu.
Beyləqanda daha bir qalmaqal: İcra başçısı iş adamına 120 min manat “atıb” və ...

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədrinə 50 min manat, icra başçısına isə 150 min manat: Vaqif Abdullayev Əhməd Əhmədzadənin adından alver edir - Qalmaqal
Beyləqan icra başçısı Vaqif Abdullayevlə rayonda təmir tikinti işlərini həyata keçirən “Veteks” MMC-nin rəhbəri Vüqar Aslanov arasında pul problem yaranıb.
Rüşvət və korrupsiya qalmaqalları ilə daim mətbuatın gündəmində olan Beyləqan rayon icra başçısı Vaqif Abdullayevlə bağlı qalmaqallar səngimək bilmir. Bu dəfə isə icra başçısının daha bir qalmaqalı ilə bağlı saytımıza ilginc məlumat daxil olub.
Bir qayda olaraq Beyləqanda rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərin qalibi və rayondakı əsas təmir tikinti işlərini həyata keçirən “Veteks” MMC nin rəhbəri Vüqar Aslanovun yaxınlarının verdiyi məlumata görə Beyləqanin icra başçısı ilə iş adamı arasında ciddi problem yaranıb. Həmin problemin mənbəyi isə Beyləqan icra başçısı Vaqif Abdullayevin Vüqar Aslanova 120 min manat pul “atma”sıdır.
Məsələ ilə bağlı saytımızı bilgiləndirən mənbənin iddiasına görə rayondakı təmir tikinti işlərini həyata keçirən Vüqar Aslanovla Vaqif Abdullayevin münasibətləri çox yaxşı olub. Ağcabədi rayonundan olan Vüqar Aslanov məhz Vaqif Abdullayevin dəvəti ilə icra hakimiyyətinin tenderlərinə qoşulub. Başçının dəvəti ilə Beyləqana ayaq açan Vüqar Aslanovun şirkəti demək olar ki, bir neçə ildir bütün tenderlərin qalibi elan olunur. İcra başçısı ilə ciddi şəkildə alış-veriş yaradan və büdcə pullarının mənimsənilməsində başçının sağ əlinə çevrilən iş adamı bir müddət əvvəl Vaqif Abdullayevin “toruna” düşüb.
Əvvəlcədən onuda qeyd edək ki, Vüqar Aslanovu Beyləqanda icra başçısının qeyri-rəsmi köməkçisi kimi tanıyırlar. Çünki iş adamı özüdə hər yerdə açıq aşkar deyir mən başçının köməkçisiyəm.
Mənbəmizin bildirdiyinə görə, 4 ay bundan əvvəl icra başçısı Vaqif Abdullayev Vüqar Aslanova təklif edib ki, onu rayon Suvarma Sistemləri İdarəsi müdiri təyin edə bilər. Bunun üçün isə ona 150 min, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadəyə isə 50 min manat hesab verməlidir. İcra başçısının bu təklifinə iş adamı razılaşır və 2 həftə müddətində Vaqif Abdullayevə 120 min manat verərək yerdə qalan 80 min manatı isə təsdiq ediləndən sonra verəcəyini bildirir.
Mənbə iddia edir ki, Vaqif Abdullayev Vüqar Aslanovdan 120 min manatı alaraq ona rayon İcra Hakimiyyətinin adından “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədrinə təqdim etmək üçün razılıq məktubu verir. Başçının razılıq məktubunu sevincək əldə edən Vüqar Aslanov “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə gedərək rayon Suvarma Sistemləri İdarəsinin müdiri təsdiq olunmaq istəsə də buna nail ola bilmir. İş adamına “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildiriblər ki, onlar meliorasiya sistemində işləməyən birini Beyləqan rayon Suvarma Sistemləri İdarəsi müdiri təyin edə bilməzlər.
Cəmiyyətdən yox cavabı alan Vüqar Aslanov Vaqif Abdullayevin yanına gedərək işin həll edilə biləcək variantının olmadığını bildirir və buna görə də icra başçısına rüşvət olaraq verdiyi 120 min manatı geri istəyir. Aldığı pulu geri qaytarmağı xoşlamayan Vaqif Abdullayev isə iş adamına əvvəl məsələni həll edəcəyinə söz verir. Ancaq 120 min manat pulu almasından 3 aydan çox vaxt keçsə də, icra başçısı Vüqar Aslanova verdiyi sözü tutmur. Vüqar Aslanovun israrlarının qarşısında isə Vaqif abdullayev ona bir neçə başqa vəzifə təklif edib.
İş adamına yaxın olan şəxsin bildirdiyinə görə, Vaqif Abdullayev Vüqar Aslanovu dilə tutaraq deyir ki, yaxın günlərdə Beyləqan şəhər icra nümayəndəsi Bakir Balakişiyevi vəzifəsindən çıxaracaq və onu Beyləqan meri edəcək. Lakin bu da baş vermədiyindən indi Vaqif Abdullayevlə Vüqar Aslanovun arasında soyuq küləklər əsir. Artıq icra başçısının Vüqar Aslanovun şirkəti olan “Veteks” MMC-nin Beyləqan rayonundan necə qovacağı planının üzərində baş sındırdığı deyilir.
Mələumatları təsdiq etmək üçün Beyləqandan olan başqa bir mənbəyə də müraciət edib. Həmin mənbə deyilənləri təsdiq edərək qeyd edib ki, Beyləqan rayon icra başçısı Vaqif Abdullayevlə Vüqar Aslanov artıq bir neçə ildir birlikdə təmir tikinti adı altında maxinasiyalar edərək dövlətin milyonlarını talayıblar.
İş adamı Vüqar Aslanova məxsus şirkətlərin Beyləqan rayonundan icra hakimiyyətinin sifarişi ilə həyata keçirdtiyi təmir işlərindəki maliyyə maxinasiyaları abrədə yaxın günlərdə oxucularımıza ətrafalı məlumat verəcəyik.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

AzMedia.info

Şərhlər

XƏBƏR LENTİ