SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bakıda VAZ 2107 markalı maşınla kefə gələn icra başçısının PAYTAXT SƏRGÜZƏŞTLƏRİ

Bakıda VAZ 2107 markalı maşınla kefə gələn icra başçısının PAYTAXT SƏRGÜZƏŞTLƏRİ

Tarix:

10-02-2017, 01:02

/ 2 752 dəfə oxundu.
Bakıda VAZ 2107 markalı maşınla kefə gələn icra başçısının PAYTAXT SƏRGÜZƏŞTLƏRİ

2017-ci il gələndən etimadı doğrultmayan icra hakimiyyəti başçılarının dəyişdirilməsinə start verilib

Rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılır. Həmin monitorinqin nəticələri ümumiləşdirilir və siyasi rəhbərliyə təqdim edilir.

"Siyasi rəhbərlik də məruzə əsasına icra başçılarını cəzalandırır, işdən çıxarır. Vaxtaşırı olaraq monitorinq daha ətraflı aparılır, etimadı doğrultamayan icra başçılarının siyahısı müəyyən edilir."
Lakin bu monitorinqlərə baxmayaraq, yenə də qanunsuz hərəkətlər yol verən icra başçıları var.

Bu gün redaksiyamıza daxil olan şokedici məlumatlar də bunun bariz nümunəsidir. Etibarlı mənbədən aldığımız məlumata görə, bir müddət əvvəl Ağsu RİH-nin başçısı Ənvər Seyidəliyev Bakıda "VAZ 2107" markalı avtomobildə yüngül idman geyimində şəhəri gəzərkən görülüb.

Maraqlısı isə budur ki, həmin vaxt iş saatı olub və icra başçısı qayda-qanuna məhəl qoymadan istirahət edib. Onun etdikləri bununla yekunlaşmır.

Ənvər Seyidəliyev Bakının bir neçə bahalı restoranında məclislər təşkil edib. Bəzi imkanlı şəxslərlə süfrə arxasına oturan icra başçısı restoranda saatlarla vaxt keçirib.

Görünür, Ənvər Seyidəliyev prezidentin sözlərindən heç bir nəticə çıxarmayıb. Yoxsa iş saatından istifadə edərək Bakıda əylənməyə gəlməzdi.

Prezident Administrasiyasından son dəfə “Hər bir icra başçısının qarşısında konkret vəzifələr qoyulub. Buraya rayonda narazılıqların minimuma endirilməsindən tutmuş, yeni iş yerlərinin açılmasına qədər çoxsaylı məsələlər əks olunub. Onlardan konkret olaraq rayonda neçə iş yerinin açılması, hansı sahibkarlıq obyektlərinin fəaliyyətə başlaması, hansı sahibkarlara hansı köməkliyin göstərildiyi və s. haqda hesabat tələb olunur. Hesabatın yekunu olaraq isə bəzi icra başçılarının vəzifələrini itirəcəyi gözlənilir.”- deyə bildirilmişdi.

Aldığımız məlumatın nə dərəcədə doğru olduğunu öyrənmək üçün Ağsu RİH ilə əlaqə saxladıq. İcra Hakimiyyəti başçının müavini-İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Sevil Mirzəliyeva bu məlumatların kökündən yalan olduğunu qeyd etdi.
"Bunlar hamsı yalandır. Ənvər Seyidəliyev işgüzar icra başçısıdır və o, həmişə işinin başında olur. Ona qara yaxmaqdan əl çəksinlər! Rayonda da hamı bilir ki, o, necə icra başçısıdır." - deyə Sevil Mirzəliyeva bildirdi.

Şərhlər

XƏBƏR LENTİ