XalqXəbər.Az

Zərdabda məmur yeyintisi - FAKT

Zərdabda məmur yeyintisi - FAKT
9-02-2017, 22:59

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev barədə redaksiyamıza dəfələrlə şikayət məktubları daxil olmuşdu.

Mətbuatda dərc olunan yazılardan sonra hətta bir neçə dəfə C. Vəliyevin rəhbərlik etdiyi qurumda yoxlamalar da aparılıb.

Amma bütün bunlara baxmayaraq DSMF Zərdab rayon şöbəsinin müdiri C. Vəliyev barədə heç bir ölçü götürülməyib.

Bu gün isə saytımıza C. Vəliyevin daha bir korrupsiya əməli barədə şikayət daxil olub. Məktubda C. Vəliyevin Zərdab rayon Əmək və Əhalinin Sosial Müdafiəsi
Mərkəzinin işçilərinin adına pul mükafatları ayıraraq özünə götürdüyü bildirilir.

Zərdab rayon sakini Rövşən Mirzəyev faktla bağlı şikayət məktubu ilə yanaşı mərkəzin mükafatlandırılan əməkdaşlarının adı və onların 2016-cı il ərzində aldıqları pul mükafatlarının miqdarını göstərən cədvəli də redaksiyamıza göndərib.

Məsələ ilə bağlı DSMF-nin Zərdab rayon şöbəsinin də mövqeyini dərc etməyə hazırıq.

Həmin cədvəli sizə təqdim edirik:

Zərdabda məmur yeyintisi - FAKT
Zərdabda məmur yeyintisi - FAKT
Zərdabda məmur yeyintisi - FAKTскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.