SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Müəllimlərə məvacib verilə bilmədiyi üçün siniflər birləşdirilir - NAXÇIVANDA

Müəllimlərə məvacib verilə bilmədiyi üçün siniflər birləşdirilir - NAXÇIVANDA

Tarix:

26-09-2017, 19:59

/ 52 351 dəfə oxundu.
Müəllimlərə məvacib verilə bilmədiyi üçün siniflər birləşdirilir - NAXÇIVANDA

Azərbaycanın illərlə blokada da qalan ərazisi olan Naxçıvanda təhsil ilə bağlı yaranan problem heçdə ürək açan deyildir. Belə ki, bu gün redaksiyamıza vətəndaşlar tərəfindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikanın Təhsil Maliyyə idarəsinin verdiyi yeni qərar cəmiyyətin narazılığına səbəb yaradıb. Vasif Talıbovun illərlə çəkdiyi əziyyəti ona hesablanmışdır ki, əhali rahat və firəvan həyat yaşamağa, müasir dünya ilə ayaqlaşmağa hazır olsun. Amma görünür ki, Muxtar Respublikada V.Talıbovun blokada da olmasına baxmayaraq Naxçıvan Muxtar Respublikanı Turizim sektorunda həmçinin dünyanın qabaqçıl şəhərlərindən birinə çevirmək niyyətindən narazı olan qüvvələr var. Bu qüvvələr siyasi iqtisadi baxımdan günü-gündən çiçəklənən Naxçıvanın geri qalmasında maraqlıdırlar. Naxçıvandan verilən məlumat şəkillərlə öz əksini tapmaqdadır. Belə ki, Muxtar Respublikanın Təhsil Maliyyə İdarəsi verdiyi qərarla müəllimlərə veriləcək maliyyəni azaltmaq qərarı alsada buna hazır olmayan təhsil ocaqların göründüyü kimi heçdə nəzərə almayıb. Məktəblərdə 18 nəfərlik sinif otaqları olduğu halda həmin siniflərə 30 şagird yerləşdirilməsi əmri verib. Bu əmri verən şəxslər düşünülməmiş atdıqları addımın nəticəsində əhalini narazı salacaq durum yaradıblar. Əhali məsələnin Naxçıvan Ali Məclisin Sədri Vasif Talıbovdan xəbərsiz edildiyini düşündüklərindən media vasitəsi ilə cənab Sədrin diqqətinə çatırmaq qərarına gəliblər.

Aldığımız məlumata görə isə Ali Məclisin toplantılarının heç birində bu cür addım atılması ilə bağlı qərar qəbul edilməyib.

Məsələ diqqətimizdədir. Bizi izləməyi unutmayın!

BakuNews.az

Məsələ ilə bağlı FOTO faktları sizə təqdim edirik:
Müəllimlərə məvacib verilə bilmədiyi üçün siniflər birləşdirilir - NAXÇIVANDA
Müəllimlərə məvacib verilə bilmədiyi üçün siniflər birləşdirilir - NAXÇIVANDA
Müəllimlərə məvacib verilə bilmədiyi üçün siniflər birləşdirilir - NAXÇIVANDA
Müəllimlərə məvacib verilə bilmədiyi üçün siniflər birləşdirilir - NAXÇIVANDA

Şərhlər

XƏBƏR LENTİ