SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısının fəhlə kimi işlətdiyi tibb işçiləri... - Qəzaya düşən 22 nəfərdən birinin vəziyyəti ağırlaşdı

İcra başçısının fəhlə kimi işlətdiyi tibb işçiləri... - Qəzaya düşən 22 nəfərdən birinin vəziyyəti ağırlaşdı

Tarix:

26-09-2017, 11:40

/ 800 dəfə oxundu.
İcra başçısının fəhlə kimi işlətdiyi tibb işçiləri... - Qəzaya düşən 22 nəfərdən birinin vəziyyəti ağırlaşdı

Sentyabrın 19-da Biləsuvarda avtobus qəzasına düşən tibb işçilərindən birinin vəziyyəti ağırlaşıb.
O, təcili olaraq Bakıya gətirilib Xəsarət alan digər 21 nəfərdən isə 15-i evə buraxılıb. 6 nəfər hazırda Biləsuvar Rayon Mərkəzi xəstəxanasında müalicə olunur.
Xatırladaq ki, 19 sentyabrda Biləsuvar rayon Nəsimi kənd ərazisində avtobusun kanala düşməsi nəticəsində 22 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Məlum olub ki, xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının və rayondakı poliklinikanın xadimələridır. Həmin vaxt məlumat yayıldı ki, tibb işçiləri məcburi surətdə rayon icra başçısı Mahir Quliyevin Aqropark adlanan ərazidəki pambıq sahəsində işləmək üçün aparılıbmış. Amma sonradan qəzaya düşənlərin xəstəxana işçiləri olması gizlədildi, onlar "fəhlə” kimi təqdim edildi.
Lakin bir gün sonra modern.az-ın Səhiyyə Nazirliyinə ünvanlandığı sorğuda işin əsli müəyyən qədər ortaya çıxdı. Sorğusuna cavab olaraq bildirildi ki, qəza zamanı 3 tibb işçisi xəsarət alıb:
"Onlar Biləsuvar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər üçü xanımdır, hazırda vəziyyətləri stabildir. Yaxın günlərdə evə buraxılacaqlar”.
Tibb işçilərinin hansı səbəbdən pambıq yığımına aparıldığına gəlincə,"nazirlikdə bu barədə məlumat yoxdur”, -deyə bildiriblər.

Bakıpost.az.

Şərhlər

XƏBƏR LENTİ