SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yevlaxda dərslik böhranı - Kitablar pulla satılır

Yevlaxda dərslik böhranı - Kitablar pulla satılır

Tarix:

18-09-2017, 10:50

/ 37 394 dəfə oxundu.
Yevlaxda dərslik böhranı - Kitablar pulla satılır

Orta məktəblərdə ibtidai sinif dərsliklərinin çatışmazlığı yaranıb.

Bu barədə AzNews.az-a açıqlamasında Yevlax rayon 7 saylı orta məktəbdə dərs alan şagirdlərin valideynləri bildirib. Valideynlər qeyd edib ki, onlara sözü gedən məktəbdən 2-ci sinif üçün dərs vəsaitlərinin öz hesablarına əldə etmələri deyilib:

“Tək 7 saylı orta məktəbdə deyil, Yevlax rayonunun bir sıra təhsil müəssisələrində dərsliklər tapılmır. Məktəbə kitablar say ilə gəlib. Amma şagirdlərin bir çoxuna dərs vəsaiti verilməyib. Məktəbdən bildiriblər ki, “kitab şagird hesabına gəlməyib, gedin özünüz alın”. O dərsliklərin qiymətləri 6 manatdan çoxdur. Axı bizim o kitabları almağa imkanımız yoxdur. Kitabın arxasına “pulsuz” yazılıb. Belə bir halda biz o kitaba niyə pul verək”?

Valideynlər Təhsil Nazirliyindən problemlərinin həlli üçün kömək istədiklərini qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ