SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Nigarla DYP barışdı - “...Şikayət etməyəcəm”

Nigarla DYP barışdı - “...Şikayət etməyəcəm”

Tarix:

20-06-2017, 14:50

/ 57 843 dəfə oxundu.
Nigarla DYP barışdı - “...Şikayət etməyəcəm”

“Eurovision 2011” qalibi Nigar Camal ilə Dövlət Yol Polisi İdarəsi arasında yaşayanan gərginlik sona çatıb.

Bu barədə açıqlamasında müğənninin özü məlumat verib. Nigar Camal idarədən ona zəng gəldiyini, problemin aradan qalxdığını bildirib:

“Bu söhbətlərlə bağlı çox danışmaq istəmirəm. Çox məlumatlar çıxdı. İndi mən bunu yenidən şişirtməyə, dilimə gətirməyə ehtiyac duymuram. Artıq polislə danışmışıq, məsələ həll olundu. Mövzu ilə bağlı heç bir quruma şikayət etmək fikrində deyiləm”.

Qeyd edək ki, ötən gün sənətçi “DYP – axır zamanlar çox qudurublar” deyərək Dövlət Yol Polisi əməkdaşlarını sərt tənqid etmişdi.

İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov isə açıqlamasında mövsu ilə bağlı araşdırma aparıldığını bildirmişdi.

Şərhlər

XƏBƏR LENTİ