SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » 14 yaşlı oğlu adam öldürən milyonçunun biznesi əlindən çıxır

14 yaşlı oğlu adam öldürən milyonçunun biznesi əlindən çıxır

Tarix:

11-05-2017, 09:44

/ 36 561 dəfə oxundu.
14 yaşlı oğlu adam öldürən milyonçunun biznesi əlindən çıxır

Bakıxanov qəsəbəsində “Porsche Cayenne Magnum” markalı avtomobillə gənc qızın həyatına son qoyan 14 yaşlı Ağaəli Fərəcovun atasının biznesi əlindən alınır
A.Fərəcov biznesmen Fizuli Fərəcovun oğludur. F.Fərəcov əvvəllər Bakıxanov qəsəbəsindəki ''Badu kubə'' restoranının sahibi olub. Sonradan həmin restoranı sataraq "MOHİTO" və "PARODİZ" klublarını, Novxanıdakı ''Kalyon'' restoranını tikdirib.
Hətta bir müddət əvvəl Bakı şəhər sakini Füzuli Fərəcov sözügedən obyektlərin tikintisində və təmirində çalışanların əməkhaqqını verməkdən niyə imtina etdiyinə görə mətbuatda adı hallandırılmışdı. İddialara görə, iş adamının biznesi çökdürülür və əlindən çıxır.
24 yaşlı Xəyalə Məmmədovanı Fərəcli Ağaəli qəzanı 99 BS 999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə vurub qaçıb.
Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır. X.Məmmədova 3 saylı şəhər xəstəxanasında vəfat edib.
Bu hadisədən deputatlar, rəsmilər qəzəbləniblər və ölkə rəhbərliyinə də müraciətlər ünvanlanır. Məlum olub ki, oğlu bahalı maşınla adam vuran iş adamı Füzuli Fərəcov əslən Naxçıvandandır. Onun biznesinin yarsının azı əlindən çıxacağı deyilir.
Günah o uşaqda deyil, onu formalaşdıran valideyndə, təhsil aldığı məktəbin rəhbərliyində və müəllimlərindədir. Çox güman ki, o uşaq heç normal yazıb-oxuya da bilmir. Atası açıqlamasında deyib ki, 16 yaşlı uşağı həbs edərlər?
Bəs 24 yaşlı iki uşaq anasını vurub öldürərlər? O atanın verdiyi tərbiyə nəticəsində məhz bu gün belə bir hadisə baş verib. Ata bunun qarşısını vaxtında alsaydı, övlad da gəlib bu həddə çıxmazdı.
O uşaq, çox güman ki, “Porşe” ilə heç orta məktəbin həndəvərinə də getmir. Müəllimlərin nəzarəti hanı bəs?
Nə işlə məşğul olduğu bilinməyən məşhur (!) iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlunun yüksək sürətlə hərəkət edən zaman 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürməsi, Azərbaycanda cəzasızlıq mühitindən doğan harınlığın, qudurğanlığın necə bir təhlükəli həddə çatdığını bir daha nümayiş etdirmiş oldu.
Hadisədən dərhal sonra 14 yaşlı Ağaəli Fərəcovun sosial şəbəkələrdəki profilindən götürülən foto və videolar, sözün əsl mənasında dəhşət saçırdı.
Məlum oldu ki, bu harın uşaq, 14 yaşı olmasına baxmayaraq, nəinki xeyli vaxtdır bahalı avtomobilin sükanı arxasında otururmuş, üstəlik hətta avtoxuliqanlıq da edirmiş.
Onun “Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə paytaxt küçələrində çıxardığı oyunlar, elə özünün paylaşdığı foto və videolardan da açıq görünür.
Qeyd edək ki, Cinayət işi həmin Məcəllənin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.
Cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış A. Məmmədovun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ