SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Xose Bernardo və qardaşının bıçaqlanması ilə bağlı cinayət işi başlanıldı

Xose Bernardo və qardaşının bıçaqlanması ilə bağlı cinayət işi başlanıldı

Tarix:

12-11-2019, 12:16

/ 823 dəfə oxundu.
Xose Bernardo və qardaşının bıçaqlanması ilə bağlı cinayət işi başlanıldı

Teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovun bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Pirallahı Rayon Polis Şöbəsində (RPŞ) fakt üzrə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisə noyabrın 10-da Pirallahı rayonu Xanlar 29 ünvanında baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov X.Bernardo və onun qardaşı R.Hüseynovu mübahisə zəminində bıçaqlayıb. Yaralıların hər ikisi 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

X.Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. R.Hüseynov isə əməliyyat olunub.

İlkin məlumata görə, həkimlər R.Hüseynovun vəziyyətinin orta-ağır kimi qiymətləndiriblər.

Pirallahı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb.

Şərhlər

XƏBƏR LENTİ