SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Əziz Orucovun məhkəməsi yenə uzanır – Bu dəfə Bərdədə

Əziz Orucovun məhkəməsi yenə uzanır – Bu dəfə Bərdədə

Tarix:

11-11-2019, 02:06

/ 1 142 dəfə oxundu.
Əziz Orucovun məhkəməsi yenə uzanır – Bu dəfə Bərdədə

Kanal13-ün rəhbəri Əziz Orucovun Bərdə rayonunda mülki məsələlər üzrə məhkəməsi keçirilib. Məhkəmə yenə süründürməçilik edərək qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Bu haqda Əziz Orucov özünün facebook səhifəsində status paylaşıb. Xural.com Əziz Orucovun statusunu təqdim edir:

“MƏNGƏNƏ!

7 noyabr 2019-cu il tarixində Bərdə rayon məhkəməsində oldum. İllər əvvəl notarial qaydada satın aldığım torpaq sahəmi başqa bir insanın adına sənədləşdiribdirlər. Bu məsələ ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdim. 2 dəfədir Bərdə məhkəməsində bu iş qaldırılır. Amma hələ də məsələ həllini tapmır. Çünki bu ölkədə özbaşınalıq hökm sürür! İşi aparan məhkəmə hakimi dəyişdirilib. Yeni hakim Bərdə Rayon Məhkəməsinin Qamət Əbilov adlı bir hakimidir. Hakim haqda hec nə deyə bilmərəm, çünki mən cox “hakim” görmüşəm. Amma ümid edirəm. Çünki mən ümidləri sona qədər ölməyən, israrlı, inadkarcasına mübarizə aparan, haqq olanı birbaşa deyən və əzmkar insanam!

Qeyd edim ki, hec bir prosesə qarşı tərəflər gəlməyib. Nə mənim qanuni qaydada aldığım yeri qeyri-qanuni sənədləşdirən Raqub Abdullayev, nə də Dövlət Əmlak Komitəsinin Bərdə Rayon Şöbəsinin nümayəndəsi. Məhkəmə işi bu dəfə qeyri-müəyyən vaxta təxirə saldı. Səbəb isə məhkəmənin müraciət etməsinə baxmayaraq, bir ay keçsə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi hansı əsasla mənə məxsus torpağın başqasının adına sənədləşdirilməsinə dair əsasları məhkəməyə təqdim etməməsidir…

Bilirsizmi başqa nə qədər problemlər daha var?!

1. İnsanı şərləyərək həbs edin!
2. Torpaq sahəsini özgəninkiləşdirin!
3. Mənzilini əlindən alın!
4. Şərti cəzanı əsassız olaraq qüvvədə saxlayın!
5. Ümumvətəndaş passportu belə verməyin!

Bir insanı nə qədər sıxmaq olar?

Hesab edirəm ki, bu problemlərin hamısı xalqın haqq səsini aydınladan və ölkədə müstəqil medianın susdurulmasına hesablanmış bir “problemlər buketi” dir. Amma bilin ki, kanal13 TV nin fəaliyyətini susdurmağa belə nail ola bilməyəcəksiniz! Cünki xalqın kanalını xalq yaşadır!”

Şərhlər

XƏBƏR LENTİ