SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Məhkəmə Nazim İbrahimovun əlehinə qərar çıxardı

Məhkəmə Nazim İbrahimovun əlehinə qərar çıxardı

Tarix:

5-11-2019, 14:51

/ 992 dəfə oxundu.
Məhkəmə Nazim İbrahimovun əlehinə qərar çıxardı

Bakıda tanınmış şirkət məhkəməyə verilib.

Unikal.org-un əldə etdiyi məlumatına görə, Şahlar Qurbanov adlı şəxs "Nehrəm Holdinq Kompani” MMC və Mehmət Şahinlə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Üçüncü şəxs qismində isə Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov göstərilib.

Belə ki, Ş.Qurbanov iddiasında müqavilələrin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahələrinin istifadə və sahibliyə verilməsi barədə tələb irəli sürüb.
İddia təmin edilib.

Qərardan narazı qalan Mehmət Şahin və Nazim İbrahimov apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, N.İbrahimovun qardaşı Sahib İbrahimov hazırda külli miqdarda dələduzluq maddəsi ilə ittiham edilir, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Şərhlər

XƏBƏR LENTİ