SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Rafael Cəbrayılovun deputat toxunulmazlığı götürüldü

Rafael Cəbrayılovun deputat toxunulmazlığı götürüldü

Tarix:

3-10-2019, 14:23

/ 948 dəfə oxundu.
Rafael Cəbrayılovun deputat toxunulmazlığı götürüldü

Mərkəzi Seçki Komissiyasının (MSK) Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı qərarı bu gün qüvvəyə minib.

R.Cəbrayılovun mandatına xitam verilməklə bu gündən onun deputat toxunulmazlığı da götürülmüş hesab edilir.

Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib. MSK-nın oktyabrın 2-də keçirilən iclasında Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul olunub. R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir.

Şərhlər

XƏBƏR LENTİ