SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » "Mən neçə il nəşə çəkmişəm, əlamətlərini bilirəm" - Elinanın anasından ŞOK ETİRAF

"Mən neçə il nəşə çəkmişəm, əlamətlərini bilirəm" - Elinanın anasından ŞOK ETİRAF

Tarix:

2-10-2019, 17:52

/ 1 139 dəfə oxundu.
"Mən neçə il nəşə çəkmişəm, əlamətlərini bilirəm" - Elinanın anasından ŞOK ETİRAF

162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar cəhdi nəticəsində faciəli ölümü hələ də sosial şəbəkələrdə müzakirə olunur.

1news.az-a istinadən verdiyimiz xəbərə görə, bu dəfə qızın anası Sevil Hüseynovaya aid olduğu iddia olunan səsli mesaj diqqət mərkəzindədir.

Səs yazısı Elinanın rəfiqəsi olan Zulyanın anası Leyla Şirinova tərəfindən yayılıb.

Qabaqcadan qeyd edirik ki, bu informasiyanı təqdim etməkdə məqsədimiz heç də Elina Hacıyevanın anasını ləkələmək deyil. Çünki onun keçmişinin qızın faciəli ölümünə və hazırda davam edən məhkəmə prosesinə heç bir aidiyyatı yoxdur.

Belə ki, S.Hüseynova səs yazısında qızının narkotiklərdən istifadə etmiş olması ehtimalını qəti şəkildə rədd edir və özünün də onlardan vaxtilə istifadə etdiyini deyir:

"Elina nəşə çəkə bilməzdi. Çəkmiş olsaydı, evə gələn kimi, bunu hiss edərdim, çünki özüm də illərlə nəşə çəkmişəm və simptomlarını bilirəm".

Şərhlər

XƏBƏR LENTİ