SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Sabiq Dekan Vüsalə Ağabəyli:Kamal Abdullanın Universitetdə Ağılasığmaz Cəza Üsulları

Sabiq Dekan Vüsalə Ağabəyli:Kamal Abdullanın Universitetdə Ağılasığmaz Cəza Üsulları

Tarix:

26-09-2019, 13:44

/ 1 219 dəfə oxundu.
Sabiq Dekan Vüsalə Ağabəyli:Kamal Abdullanın Universitetdə Ağılasığmaz Cəza Üsulları

Sabiq dekan Vüsalə Ağabəylinin yazısını sizlərə təqdim edir:

Sözdə əksər çıxışlarını tolerantlıq ideologiyası üzərində quran Kamal Abdullanın içində Azərbaycanın savadlı və tənqidi fikirlərini müstəqil şəkildə söyləməyi bacaran gənclərinə qarşı nə qədər dərin nifrət və kin var imiş, İlahi! Azərbaycan gəncliyinin qəsdinə durmaq əvəzinə, bu nifrəti ermənilərə yönəldib “xalq” yazıçısı olaraq sanballı bir əsər yazsaydı, özünüreklama xərclədiyi pulların bir qismini həmin əsərin Avropa Birliyi və Bütün Dünyada tanınmasına ayırıb o əsəri “bestsellər”ə çevirsəydi böyük töhvə vermiş olardı. İş tələb edəndə Avropanı əsas götürüb, maaş verəndə Afrikanı misal çəkib, öz idarəçiliyində isə Sovet bürokratiyasından əl çəkməyən bu şəxsin ruhunda, canında, qanında, beynində sanki “daha nələr edə bilərəm ki, insanların gərginliyini artırım və daxili aləmini alt-üst edim” fikri dolaşır. Sanki eksperiment aparır ki, daha hansı metodlardan istifadə etmiş olsa, əzabın şiddətini artıra bilər. Nə yaxşı adamın daha böyük səlahiyyəti yoxdur, yoxsa, edamın çarmıxaçəkmə, elektrik stolu, mismarlama, dərisoyma və sair və ilaxır növlərini də üzərimizdə tətbiq edərdi, Allah qorusun! Elmlər doktorluğu üzrə təhsilimi davam etdirərkən sənədlərimi ödənişsiz təhsildən götürüb ödənişli təhsilə keçirtməyi, mənə, “dostumun qızına söz vermişəm həmin yeri, onun qarşısında öhdəliyim var” deməyi bəs deyil, hələ uydurma iradlarla məni doktoranturadan da xaric edib. Elə dostlarınız, dostlarınızın uşaqları, tapşırıqla imtahan verənlər bugünə qoydu universiteti, təhsil sistemini və dolayısı ilə də bu ölkəni! Təbii ki, sənədlərimi ödənişli təhsilə keçirən anda da etirazım oldu və təhsil haqqını ödəməyəcəyimi bildirdim. Dostunun qızıdır, canı yanır, özü ödəsin onun əvəzinə təhsil haqqını, mən niyə ödəməliydim?! Bütün hadisələrdən sonra kinini, nifrətini qusmaq üçün mənə verdiyi əmrin üslubuna baxın: “Attestasiyadan keçmədiyi, təhkim olunduğu kafedra ilə əlaqə saxlamadığı üçün xaric olunur”, cürət edib təkcə təhsil haqqımı ödəmədiyim üçün də yaza bilmir. Axı səhv etdiyini anlasa da, bürokratik prinsiplərdən vaz keçmir. Söhbət hansı attestasiyadan, hansı əlaqədən gedir heç kəsə məlum deyil. Niyə biriləri buna başa salmır ki, elmlər doktorluğu üzrə dissertanlıq (qiyabi) yoluyla təhsil alan şəxs ildə bir dəfə təhkim olduğu kafedra ilə əlaqə saxlasa kifayət edir, hər gün yox. (AR Nazirlər kabinetinin 129 nömrəli qərarı 4.3, 4.6, 6.7, 6.8-ci bəndlər) Ümumiyyətlə, artıq fəlsəfə doktoru elmi dərəcəsinə mənsub olanlar bu yolu keçdikləri üçün sərbəst şəkildə müstəqil araşdırmalar apara bilərlər. Yanvar-fevral aylarında yaratdığı “münbit” şəraitin nəticəsi olaraq, ambulator və stasionar müalicədə olub bülleten təqdim etdiyimi, mart ayının bayramlarla zəngin olduğunu və kafedra ilə əlaqəsiz hesab etdiyi bu müddətin 1 il deyil, cəmi 3 ay olduğunu nəzərə alsaq, hansı hüquqi əsasla aprel ayında dissertantı xaric etmə potensialını özündə görə bilirki bu rektor? Təbii ki, xain, məkrli münasibətdən başqa bir şey deyil bu! Ümumiyyətlə, Boloniya prosesinin 3 pilləli təhsil sistemini dəstəklədiyindən, PhD (fəlsəfə doktoru) elmi dərəcəsinin əslində bütün Boloniya prosesinə keçid etmiş ölkələrdə sonuncu mərhələ hesab olunmasından, daha sonra elmi və akademik mühitdə təhsilini davam etdirmək istəyənlər üçün “tenure track” periodunun mövcudluğundan da görəsən, xəbəri varmı bu “ziyalının, akademikin, rektorun”? Xaric edib, çox gözəl, çünki mən ildə 2000 manat onunçün ödəniş etməyəcəkdim. Lakin elmi sevən, araşdırmalardan zövq alan şəxslərin önünə müxtəlif tipli maneələr qoymaq cəhdi ikrah hissindən başqa bir şey doğurmur. Mən elmi yaradıcılığımı davam etdirmək istəyirəmsə, digər ali təhsil müəssisələrinə də sənəd vərə bilərəm, oralarda da dostluq əlaqələrindən istifadə edib mane olmağa çalışacaqsa, onda digər ölkələrin doktoranturalarına da müraciət edə bilərəm. İstənilən halda Kamal Abdulla bizə verdiyi əziyyətin qarşılığını isə gec-tez alacaq. Mən indiyə qədər bircə yazımda da, onun şəxsi həyatı, şəxsi münasibətləri, ailəsi, bədii yaradıcılığına zərrə qədər toxunmadan onun idarəçiliyini tənqid etdiyim halda, onun bizə qarşı yönəltdiyi sonuncu hədə-qorxusunun ritorikası da qeyri-akademikdi. Təbii ki, bizi məcbur buraxacaqsa, ona eyni üslubda və kifayət qədər əsaslı faktlarla cavab verməli olacağıq. Əmək kitabçamıza vurulan ləkə, kəsilən maaşlarımız, qərəzli töhmət əmrləri və qondarma kart sistemi…hər səhər və işdən çıxanda kart vurmaqdan əlavə, işçilərin kameralarda görünmə cəhdləri, akademik və elmi mühiti kafedradan kənarda təsəvvür edə bilməyən “komandanın” elmi ixtisaslı kadrları “sürü” kimi bircə-bircə sayması…və daha nələr, nələr. Bəli, təəssüf ki, bütün bunlar XXI əsrdə bir zamanlar ölkənin aparıcı universitetlərindən hesab olunan ADU-da baş verir. Öz yaratdığı sistemə belə etibar etməyən rektorun yaratdığı gərginlik və müqavimət arasında münasibət Om qanunu ilə ölçülsə görəsən, bu tərs mütənasibliyin əmsalı neçə olar?

XəbərAl.az


Şərhlər

XƏBƏR LENTİ