SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » "Əli Kərimlinin mühafizəçisinin yoxa çıxmasında əlim var..." - SENSASİON SƏS YAZISI

"Əli Kərimlinin mühafizəçisinin yoxa çıxmasında əlim var..." - SENSASİON SƏS YAZISI

Tarix:

12-09-2019, 23:07

/ 2 424 dəfə oxundu.
"Əli Kərimlinin mühafizəçisinin yoxa çıxmasında əlim var..." - SENSASİON SƏS YAZISI

Ruslan Əmirlinin yoxa çıxmasında dolayısı ilə əlim var. Bəs o bilmirdi ki, mənə toxunanda, insanların ana-bacısın söyəndə bunun cavabı olacaq?".
Bu sözləri Criminal.az saytına Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yoxa çıxan mühafizəçisi Ruslan Əmirli ilə bağlı Criminal.az saytının sualına cavab olaraq Milli Fədailərin rəhbəri Fuad Muradov deyib.
Onun sözlərinə görə, R.Əmirlini Milli Fədailər aparıbsa, az sonra səsi çıxacaq: "Demək nəsə var ki, yoxa çıxıb də. Kimsənin haqqına girəndə, kiminsə arxasınca danışanda və həmin adamların ətrafında olan insanlara lazımsız söz-söhbət aparanda bunun nəticəsi necə olmalı idi? AXCP nə cür susmalıdır? Söyüşün biri bir qəpikdən, bacı qalmayıb, namus qalmayıb, bəs bunlar necə susmalıdır? Ruslan Əmirli ətrafımda olan insanlara artıq-əskik söhbətlər aparıb. Bizə əli silahlı dəstə deyir. Bu vaxta qədər sənin başına tapança dirəyən olub? Sən kimsən ki, ətrafımdakı insanlarda mənim haqda fikir formalaşdırasan. Ruslan gedibsə demək nəsə səbəb var. Aparıblar də... Mən indi Ankaradayam, hər şey ola bilər. Bundan sonra ağılları başına gələr. Hazırda bilmirəm hardadır, amma whatsapp vasitəsilə öz lideri Əli Kərimli ilə əlaqə saxlayar.. Dünən Əli Kərimli ilə danışırdım. Mənə deyir ki, cəngəllik qanunlarıdırsa, cəngəllidə oynayaq. Yox hüquqi dövlətdirsə, hüquqi qaydada mübarizə aparaq. Əli Kərimli deyir ki, ətrafındakı insanlar düzdür. Ay kişi, sənin ətrafındakılar necə düzdür ki, ana-bacı, namus-qeyrət qoymadı. Bunun bir çıxış yolu var, ya yox? Ona dedim ki, məni hansısa siyasi partiya ilə səhv salma. Ona bildirdim ki, mən heç cinayətkar dəstə də deyiləm. Mən bu dövlətin fədaisiyəm. Kimsə artıq-əskik danışarsa, dövlətimin sütununa zərər yetirərsə, hər biri cəzasını alacaq. 3-4 saatdan sonra Ruslan özü öz cəzasını danışacaq".
Xatırladaq ki, AXCP sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirli yoxa çıxıb. R.Əmirlini Milli Onkologiya Mərkəzinin qarşısından tutaraq naməlum istiqamətə aparıblar. Artıq bir saatdan artıqdır ondan xəbər yoxdur.
AXCP iddia edir ki, R.Əmirlini ''fədailər'' aparıb. "Ruslan Əmirli bir neçə gün öncə özünü "fədailər"in rəhbəri adlandıran, sosial şəbəkələrdə əlində silah şəkillərini paylaşan Fuad Muradov tərəfindən ölümlə təhdid edilmişdi. Ruslanın başına gələcək hər hansı bir hadisəyə görə hakimiyyət məsuliyyət daşıyır. Hüquq mühafizə orqanlarından məlumat gözləyirik" - AXCP-nin gənclər komitəsinin sədri Emil Səlim belə qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ