SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Keçmiş deputat bəraət istəyir

Keçmiş deputat bəraət istəyir

Tarix:

2-09-2019, 15:35

/ 898 dəfə oxundu.
Keçmiş deputat bəraət istəyir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov son söz deyib.

Hakim Faiq Qəniyevin icraatında olan prosesdə C.Hacıyev son söz nitqli ilə çıxış edərək ona qarşı irəli sürülən 4 milyard manatdan artıq ittihamın şişirdilmiş məbləğ olduğunu, bu pulların mənimsəmədiyini deyib. O, barəsində bəraət hökmü çıxarılmasını istəyib.

D.Xəlilov da çıxışında mənimsəmə və talama cinayətində iştirak etmədiyini bildirib. O deyib ki, Beynəlxalq Bankdan götürülmüş kreditlər xaricdəki layihələrə sərf edilib. Keçmiş deputat özü barəsində bəraət hökmü verilməsini istəyib.
Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə çıxıb. Proses qeyri-müəyyən müddətədək təxirə salınıb.

Qeyd edək ki, öncəki iclasların birində dövlət ittihamçısı çıxış edərək C.Hacıyevin 17 il, D.Xəlilovun 15 il 9 ay, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadənin isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilməsini, mülki iddiaların təmin olunmasını istəyib.

Xatırladaq ki, birinci məhkəmə işində C.Hacıyev 15 il, D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi sabiq deputatın cəzasını 3 ay azaldıb. C.Hacıyev və D.Xəlilov həbsdə olarkən yenidən cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Şərhlər

XƏBƏR LENTİ