SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » İkram Rəhimova hökm oxundu - 5 il 6 ay

İkram Rəhimova hökm oxundu - 5 il 6 ay

Tarix:

12-06-2019, 17:10

/ 1 069 dəfə oxundu.
İkram Rəhimova hökm oxundu - 5 il 6 ay

Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən, realliq.info saytının rəhbəri İkram Rəhimova hökm oxunub.

Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə İ. Rəhimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb.

Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri qeydə alınıb. Bir müddət əvvəl DTX həmin cinayətin sübutu olan səs yazılarını ictimaiyyətə açıqlamışdı.

O, ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-cimaddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işində 6 zərərçəkmiş var.

Şərhlər

XƏBƏR LENTİ